Azərbaycandan keçməklə Ermənistana gübrə göndərildi
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. Bu barədə Mediaxeberleri.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Bildirilib ki, 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə mayın 3-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. Xatırladaq ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1 600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib. Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8 500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.
Oxunub: 39
Xəbəri paylaş
Paylaş:





















