Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
Nazirlər Kabineti "İstilik enerjisindən istifadə Qaydaları"nı təsdiq edib. Mediaxeberleri.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, İstilik enerjisindən istifadə Qaydaları"nda Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən paylayıcının informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir. "İstilik enerjisindən istifadə Qaydaları"nda həyata keçirilməsi nəzərdə tutulan prosedurlar tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin və texniki şərtlərin verilməsinə münasibətdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. "Azəristiliktəchizat" ASC "İstilik enerjisindən istifadə Qaydaları"nda nəzərdə tutulan paylayıcının müvafiq informasiya sisteminin formalaşdırılmasını doqquz ay müddətində təmin etməlidir. 1 noyabr – 1 may tarixlərində istilik verilməsi nəzərdə tutulan ərazilərin siyahısı aşağıdakı kimi müəyyən edilib: 1. Ağsu rayonu 2. Ağstafa rayonu 3. Balakən rayonu 4. Daşkəsən rayonu 5. Gədəbəy rayonu 6. Xaçmaz rayonu 7. Xankəndi şəhəri 8. İsmayıllı rayonu 9. Kəlbəcər rayonu 10.Qax rayonu 11.Qazax rayonu 12.Qəbələ rayonu 13.Quba rayonu 14.Qusar rayonu 15.Laçın rayonu 16.Lerik rayonu 17.Naxçıvan Muxtar Respublikası 18.Oğuz rayonu 19.Siyəzən rayonu 20.Şamaxı rayonu 21.Şabran rayonu 22.Şəki şəhəri 23.Şuşa rayonu 24.Tovuz rayonu 25.Yardımlı rayonu 26.Zaqatala rayonu





















