"Qarabağ" "Turan Tovuz"a qalib gəldi
Misli Premyer Liqasında 30-cu tur davam edir. Mediaxeberleri.Az xəbər verir ki, 3-cü oyun gününə nəzərdə tutulan 1 matç artıq başa çatıb. "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Turan Tovuz"u qəbul edib. Matç Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda turnir cədvəlində Ağdam təmsilçisi 62 xalla 2-ci, Tovuz klubu isə 56 xalla 3-cüdür. Sözügedən komandaların 1-ci və 2-ci dövrələrdəki oyunlarında "Qarabağ" qalib gəlib. 4 may (bazar ertəsi) 19:30. “Qarabağ” – “Turan Tovuz” - 2:1 Qol: Leandro Andrade, 50 (1:0), Mateus Silva, 54 (2:0), Ayxan Hüseynov, 77 (2:1) 5 may (çərşənbə axşamı) 16:00. “Karvan-Yevlax” – “Neftçi” 2 may (şənbə) “Araz-Naxçıvan” - “İmişli” - 0:1 “Kəpəz” - “Sumqayıt” - 2:1 3 may (bazar) “Zirə” - “Qəbələ” - 1:0 Bombardirlər: Coy Lens Mikels (“Sabah”) - 19 qol Bassalu Sambu ("Neftçi") - 11 qol Velko Şimiç (“Sabah”) - 11 qol Joarlem Santos ("Turan Tovuz") - 10 qol Emin Mahmudov ("Neftçi") - 9 qol Karim Rossi ("Şamaxı") - 9 qol
T.Bəhramov adına Respublika stadionu





















