Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq
Mediaxeberleri.Az xəbər verir ki, 3-cü oyun gününə 1 matç nəzərdə tutulub. "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Turan Tovuz"u qəbul edəcək. Görüş saat 19:30-da başlayacaq. Hazırda turnir cədvəlində Ağdam təmsilçisi 59 xalla 2-ci, Tovuz klubu isə 56 xalla 3-cüdür. Ona görə də bu matç 2-ci yerin taleyi baxımından xüsusi əhəmiyyət daşıyır. Sözügedən komandaların 1-ci və 2-ci dövrələrdəki oyunlarında "Qarabağ" qalib gəlib. 4 may (bazar ertəsi) 19:30. “Qarabağ” – “Turan Tovuz” 5 may (çərşənbə axşamı) 16:00. “Karvan-Yevlax” – “Neftçi” 2 may (şənbə) “Araz-Naxçıvan” - “İmişli” - 0:1 “Kəpəz” - “Sumqayıt” - 2:1 3 may (bazar) “Zirə” - “Qəbələ” - 1:0 Bombardirlər: Coy Lens Mikels (“Sabah”) - 19 qol Bassalu Sambu ("Neftçi") - 11 qol Velko Şimiç (“Sabah”) - 11 qol Joarlem Santos ("Turan Tovuz") - 10 qol Emin Mahmudov ("Neftçi") - 9 qol Karim Rossi ("Şamaxı") - 9 qol
Misli Premyer Liqasında 30-cu tur davam edir.
T.Bəhramov adına Respublika stadionu






















