Azərbaycanda qız məzun Hərbi İnstituta qəbul oldu - FOTO
Azərbaycanda qız məzun Heydər Əliyev adına Hərbi İnstituta qəbul olub. Mediaxeberleri.Az xəbər verir ki, Nəhmətzadə Zərifə Eldəniz qızı ümumilikdə 450 bal toplayıb. O, 2008-ci ildə Astara rayonunun Alaşa kəndində anadan olub. 2014-ci ildə Elman Ağayev adına Səncərədi kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, sonra təhsilini Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə davam etdirərək həmin məktəbi 2025-ci ildə fəxri fərmanla bitirib. III ixtisas qrupu üzrə blok imtahanında 247, buraxılış imtahanında isə 203 bal toplayaraq Heydər Əliyev adına Hərbi İnstitutun kursantı adına layiq görülüb.
Oxunub: 69
Xəbəri paylaş
Paylaş: