Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edildi
Mediaxeberleri.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərid Zeynalov vəzifəsindən azad edilərək ETX-yə rəis gətirilib. Elektron Təhlükəsizlik Xidmətinin sabiq rəisi Rəsulov Samir Germanoviç isə müvafiq əmrlə vəzifəsindən azad olunub. Qeyd edək ki, Fərid Zeynalov 2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, 2019-cu ildən isə E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri olub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) yeni rəhbər təyin edilib.
Oxunub: 139
Xəbəri paylaş
Paylaş: