"Səhhətində narahatlıq var" - Vəkili Rəqsanə ilə görüşdü
"Ötən gün Rəqsanə İsmayılova ilə görüşdüm. İki azyaşlı övladından çox narahatdır". Mediaxeberleri.Az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev deyib. "Bildiyiniz kimi, qərardan apellyasiya şikayəti vermişik. Onu da deyim ki, bildiyim qədəri ilə onun səhhətində müəyyən problemlər var. Xəstəliklərin sənədlərini xahiş etmişəm mənə versinlər ki, onları məhkəməyə təqdim edim". Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova 1 milyonluq dələduzluq ittihamı ilə həbs edilib.
Oxunub: 281
Xəbəri paylaş
Paylaş: