Müdafiə Nazirliyi məlumat yaydı: 18-22 avqust tarixlərində...
18-22 avqust tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki “Gödəkburun” təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Mediaxeberleri.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", MN-dən bildirilib.
Oxunub: 76
Xəbəri paylaş
Paylaş: