Tovuz sakini qonşusunu avtomobillə vuraraq öldürüb
Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Ramal Mürşüdov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə qonşusu, 1950-ci il təvəllüdlü Solmaz Mejdinovanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.
 
 
Oxunub: 304
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















