Məşhur otel AQTA-nın cəriməsini 4 il sonra ləğv etdirdi
Azərbaycan Qida Təhlükəziliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin məşhur “East Legened” oteli barəsində tərtib edilmiş protokolu ləğv edilib. İşin ilginc tərəfi budur ki, Agentlik 4 il sonra protokol üzrə yazılmış cərimənin ödənilməsini istəyib. Mediaxeberleri.Az Musavat.com-a istinadən xəbər verir ki, Agentlik 2021-ci ildə pandemiya ərəfəsində epidemiya əleyhinə rejimin qaydalarını pozduğu üçün inzibati qaydada protokol tərtib edərək 300 manat cərimələyib. Hadisədən 4 il keçdikdən sonra Agentlik otel tərəfindən protokol üzrə cərimənin ödənilməsini istəyib. Lakin otel məhkəməyə müraciət edərək protokolun ləğv edilməsinə nail ola bilib. Belə ki, Agnetliyin 4 il sonra otelə məktubla müraciət edərək həmin qərarın icrasını tələb etməsini məhkəmə əsassız hesab edib. Belə ki, inzibati xətanın aşkara çıxarılnasında 4 aydan artıq müddət keçdiyi üçün inzibati məsuliyyətə cəlb etmə müddəti keçmiş hesab edilib. Qərarda göstərilib ki, bu səbəbdən də İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə otel məsuliyyətə cəlb edilə bilməz.