Yağışlı hava nə vaxta kimi davam edəcək?
Bəzi ərazilərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Milli Hidrometeorologiya Xidmətindən Mediaxeberleri.Az-a verilən məlumata əsasən, Balakən-Şəki zonasının ayrı-ayrı yerlərində yağıntılar intensiv olub. Düşən yağıntının miqdarı Zaqatalada 42, Balakəndə 14, Yardımlıda 13, Qəbələdə 5, Lerikdə 4, Astarada 3, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Cəfərxan, Neftçala, Biləsuvar, Beyləqanda 1 mm-dək qeydə alınıb. Yağıntılı hava şəraitinin 17-si axşamadək davam edəcəyi gözlənilir.
Oxunub: 260
Xəbəri paylaş
Paylaş:





















