“Haber Global” Qarabağda ermənilərin tövləyə çevirdikləri məsciddən süjet hazırladı - VİDEO
Qarabağdakı məscid ermənilər tərəfindən tövlə kimi istifadə olunub. Azərbaycan Ordusu bundan əvvəl də işğaldan azad edilmiş torpaqlarda bu acı mənzərənin şahidi olub. Türkiyənin “Haber Global” kanalı mövzu ilə bağlı süjet hazırlayıb. Bildirilir ki, bu ağrılı mənzərə Şuşa rayonunun Malıbəyli kəndində görünüb. Məscid illər əvvəl yandırılıb, minarəsi dağıdılıb, qalan hissəsindən isə 30 illik işğal zamanı tövlə kimi istifadə olunub. Süjetdə deyilir ki, bundan əvvəl - 44 günlük müharibə zamanı işğaldan azad edilmiş torpaqlarda da ermənilərin məscidləri donuzxanaya çevirdiklərinin şahidi olunub: “Çünki ermənilər işğal etdikləri bütün torpaqlarda azərbaycanlıların inanc və dəyərlərinə də müharibə elan ediblər”. Ətraflı süjetdə:
Oxunub: 1 143
Xəbəri paylaş
Paylaş: