Paşinyan qayıtdı, o qaldı - II Qaregin günlərdir ABŞ-də nə edir?
Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə gündür kilsə əleyhinə bəyanat verməsə də, bütün ermənilərin katolikosu II Qaregini vəzifəsindən uzaqlaşdırmaq məqsədindən imtina etməyib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. “Hakimiyyətdəki mənbələrimiz bildirir ki, Paşinyan kilsəyə qarşı fikirlərindən geri çəkilməyib. Sadəcə bəzi suallara cavab tapa bilmir. Məsələ burasındadır ki, katolikosun taxtı könüllü olaraq tərk etməyəcəyi təqdirdə, siyasi hakimiyyətin hansı addımı atacağı məlum deyil. Əslində, Paşinyan başa düşür ki, yeganə yol katolikosu psixoloji cəhətdən yoraraq, istefaya məcbur etməkdir. Yeri gəlmişkən, II Qaregin artıq bir neçə gündür ABŞ-dədir, səfərin məqsədi rəsmi olaraq açıqlanmır və onun nə üçün okeanın o tayına getməsi ilə bağlı təfərrüatlar yoxdur. Bəzi mənbələr onun səhhətindəki problemlərə görə müalicəyə getdiyini bildirir”, - erməni nəşri yazıb. Xatırladaq ki, II Qaregin avqustun 7-dən ABŞ-də səfərdədir. Katolikos Amerikaya Nikol Paşinyanla eyni gündə gedib. Ermənistan baş nazirinin Vaşinqtona səfəri avqustun 9-da başa çatıb. Teleqraf