İcra Hakimiyyətinin vəzifəli şəxsinə "stop" qoyuldu
Sabirabad Rayon İcra Hakimiyyəti yanında Mənzil-İstismar Sahəsinin rəisinin ölkədən çıxışına məhdudiyyət qoyulub. Mediaxeberleri.Az-ın məlumatına görə, 8 ay əvvəl MİS rəisi təyin olunan Sadıqov Yusif Ağakərim oğlunun Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə 10510.96 AZN vergi borcu yaranıb. Vergi borcunu 5 gün müddətində ödəmədiyi halda qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görüləcəyi barədə Yusif Sadıqova xəbərdarlıq edilib. Məhkəmənin qərarı ilə 1981-ci il təvəllüdlü sahə rəisi sözügedən xəbərdarlığı yerinə yetirmədiyi üçün ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Oxunub: 133
Xəbəri paylaş
Paylaş: