Bakıda itkin düşən azyaşlı polis tərəfindən tapılıb
Bakıda evi valideynlərdən xəbərsiz tərk etmiş 7 yaşlı uşaq polis tərəfindən tapılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev "Facebook" sosial şəbəkə hesabında məlumat verib. Məlumatda deyilir: "Nəsimi rayonu ərazisində polis əməkdaşları tərəfindən valideynindən xəbərsiz yaşadığı ünvandan çıxan uşaq tapılıb. 7 yaşlı Yusif Nurxan oğlu Abbasov dediyinə görə, Sabunçu rayonunda yaşayır. Hazırda uşaq polis nəzarətindədir".
Oxunub: 74
Xəbəri paylaş
Paylaş: