Xaçmazda çaqqallar kəndə hücum etdi: yaralananlar var
Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib. Mediaxeberleri.Az Report-a istinadla xəbər verir ki, hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib. Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfəri dişləyib. Xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 114
Xəbəri paylaş
Paylaş: