Ağdaşda 35 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI
Ağdaşda 35 yaşlı kişinin ölümünün təfərrüatları məlum olub. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, rayonun Xosrov kənd sakini, 1990-cı il təvəllüdlü Saleh Əlağa oğlu Tahirov kənddə avtomobil qaynaqçısı işləyirmiş. S.Tahirov avqustun 8-də saat 16 radələrində kənd ərazisində "Belarus" markalı traktorda qaynaq işləri görən zaman ehtiyatsızlıq edib. Belə ki, o, iş zamanı elektrik naqilinə toxunub və nəticədə elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə ölüb.
Oxunub: 120
Xəbəri paylaş
Paylaş: