Silah anbarında partlayış: 6 hərbçi öldü
Livanın Tir şəhəri ətrafında silah anbarında sursat partlayışı nəticəsində ən azı 6 hərbçi ölüb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Əl-Hadath” telekanalı məlumat yayıb. Məlumata görə, partlayış “Hizbullah”a məxsus silah anbarının sökülməsi zamanı baş verib. Bildirilib ki, hadisə yerinə təcili yardım maşınları gəlib.
Oxunub: 113
Xəbəri paylaş
Paylaş: