“Qarabağda partizan müharibəsi başlayacaq” - Erməni hərbçidən SƏRSƏM BƏYANAT
Ermənistanda fəaliyyət göstərən Birinci Qarabağ Döyüşçüləri Cəmiyyətinin rəhbəri, həmin dönəmlərdə “Kornidzor batalyonunun” komandiri olmuş Ara Xudaverdyan Qarabağda baş verənlərlə bağlı fikirlərini açıqlayıb. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, o, “Haykakan Jamanak” qəzetinə müsahibəsində deyib ki, Arayikin “istefası”, Zodda baş verən son hadisələr və İrəvanda keçiriləcək bugünkü aksiyanın hamısı Rusiyanın nəzarəti altında baş verir.
Onun iddiasına görə, Rusiyanın başlıca hədəfi Ermənistanı tamamilə sıradan çıxarmaq, Qarabağı Azərbaycanla bölüşdürməkdir. “Qarabağ əhalisinin məsələsi ya məhv olmaqla, ya da köçkün düşmələri ilə həllini tapacaq. Plan həm də odur ki, ruslar Qarabağı Azərbaycanla birlikdə böləcək. Orada Rusiyanın öz adamı da olacaq, Azərbaycanın da öz nümayəndəsi fəaliyyət göstərəcək”.
Xudaverdiyan daha sonra bildirib ki, hadisələrin gedişatı Qarabağdakı qanunsuz silahlı dəstələrin məhv edilməsi ilə nəticələnəcək. “Bunun ardından siə partizan müharibəsi başlayacaq. Mən deyə bilmərəm, bu partizan savaşında Qarabağ ermənilərinin nə qədər hissəsi iştirak edəcək və ya hansı rolu oynayacaq. Lakin bu prosesi qaçılmaz görürəm”.
Erməni təşkilat rəhbəri mnaraqlı bir fikrə də toxunub. O deyib ki, bir çox dövlətlər onlardan terroçu kimi istifadə edirlər. “Bu gün bizdən müxtəlif dövlətlər başqalarının ərazilərinə hücum və insanları öldürmək üçün terror metodundan istifadə etmək üçün yararlanır. Bu gün biz özümüzü həmin dövlətlərin qucağına atmışıq. Lakin 44 günlük müharibə göstərdi ki, dünya artıq bizi dəstəkləmir, bizə qarşıdır. Bu gün onlar bizə yemək, paltar, ayaqqabı verə bilərlər. Amma hərbi məsələdə bizə dəstək olmayacaqlar”.