Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • Günnüt əməliyyatının tək qəhrəman şəhidi - Adil Tatarovun xatirəsi anılıb - FOTO
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 1,5 milyonluq PR-media büdcəsi kimin maraqlarına xidmət edir? - Səbuhi Rzazadənin naziri idarəetmə taktikası və kommunikasiya böhranı
  • Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
  • Ərdoğan Ceyhun Bayramovla görüşdü
  • Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama
  • Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
  • Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran
  • Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
  • Gürcüstanla Azərbaycan sərhədin delimitasiya prosesini sürətləndirmək barədə razılığa gəlib
  • Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla ayaqüstü söhbət edib
  • Gənclərlə bağlı tədbirlərin təşkili üçün ayrılan xərclərin məbləği artırıldı - CƏDVƏL
  • Metal qablardakı konservlər xərçəng xəstəliyi yarada bilər
  • Elza Seyidcahanın qızıllarını mənimsəyənlərin işi: "Üstümüzdə 80 000 manat borc qalmışdı"
  • Məhkəmə: Yol qəzasında zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilməyə əsas olub
  • Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb - Foto
  • Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
  • SOCAR Rumıniyada 100-cü yanacaqdoldurma məntəqəsini istifadəyə verib - Foto
  • Trombdan qorunmaq üçün səhərlər bunu edin!
  • İran və Türkiyə arasında regional məsələlər müzakirə olunub
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Ən müqəddəs sözdü Vətən

  • Tarix: 4-09-2023, 23:40

Torpaq, Vətən də daxil olmaqla ən müqəddəs dəyərlərimizə sahib çıxmaq millət kimi bizə ulu babalardan miras qalan xüsusiyyətdir. Heç kəsin torpağına göz dikməyən, təcavüzkarlığı özünə rəva görməyən Azərbaycan xalqı həmişə sülhsevər olub. Xalqımız yalnız öz doğma yurdunu, torpağını qoruyub, lazım gələndə canını belə bu yolda qurban verməkdən heç vaxt çəkinməyib. Torpaq, Vətən, yurd sevgisi, elə-obaya bağlılıq hissi minlərlə qəhrəman oğul və qızları bu xalqı düşmənə baş əyməyə qoymayıb. Qalib çıxdığımız bütün döyüşlər həmişə sübut edib  ki, Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur. 

Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək, ruhlarını şad etmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 344 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən leytenant Ziyad Məmmədovun, Məhəmməd Vəliyevin, gizir Turan Məmmədovun, Kamran Əmrahovun, Rəşad Nəsibovun, leytenant Elmar Bayramlının, kapitan Əmir İbrahimovun, İlqar Cəfərovun, Vasif Mehtiyevin, gizir Eyvaz Nağıyevin, Məhəmməd Qəhrəmanovun, Xəyyam Yaqubovun əziz xatirəsini ehtiramla yad edirik.

Leytenant Məmmədov Ziyad Məhəmməd oğlu


Məmmədov Ziyad Məhəmməd oğlu 28 avqust 1965-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1972-1980-ci illərdə Dəmirçilər kənd tam orta məktəbində 8 illik təhsil almış və sonra 156 saylı Texniki Peşə məktəbində təhsilini davam etdirmişdir. 1983-1985-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi borcunu yerinə yetirərək Vətənə, öz kəndinə qayıdaraq sovxozda traktorçu-maşınist işləmişdir. 1993-cü ildə erməni quldurlarının torpaqlarımıza etdiyi təcavüz zamanı Ziyad da Milli Ordu sıralarına səfərbər olmuşdur. “N” saylı hərbi hissədə xidmət etmişdir. O, Qazax rayonunun Xanlıqlar kəndinin üstündəki Vəlixan meşəsi və Cəfərli kəndinin Qaraçal yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş və igidlik göstərmişdir. 1994-cü il fevral ayının 4-də Vəlixan meşəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dəmirçilər kənd körpələr–evi uşaq bağçası şəhid Ziyad Məmmədovun adını daşıyır.

Vəliyev Məhəmməd İbrahim oğlu


Vəliyev Məhəmməd İbrahim oğlu 10 iyun 1969-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1976-cı ildə (Əlibayramlı kənd) hazırkı Aslanbəyli kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 1986-cı ildə həmin  məktəbin 10-cu sinifini bitirmişdir. 1987-89-cu illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1992-ci ildə Qazax rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına  çağırılmışdır. 28 avqust 1992-ci ildə “N” saylı hərbi hissənin Birinci Şıxlı döyüş bölgəsində şəhid olmuşdur. 

Gizir Məmmədov Turan Nadir oğlu


Şəhid gizir Məmmədov Turan Nadir oğlu 29 avqust 1993-cü ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1999-cu ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş,  2010-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Turan Məmmədov 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2013-cü ilin aprelində isə tərxis olunmuşdur. 

Turan Məmmədov əsgərlikdən qayıdandan sonra evdə çox dayanmadı, mayın əvvələrində sənədlərini hazırlayıb Bakıya getdi. Kəşfiyyatçı olmaq istəyirdi. Bu məqsədlə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) 6 ay oxudu və arzusunda olduğu gizir hərbi rütbəsini aldı. Turan Məmmədov 2013-cü ilin oktyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında gizir kimi xidmət etməyə başlamışdır. 2015-ci ildə isə Hava Hücumundan Müdafiə Qurğularının zenit-raket bölüyündə gizir olmuşdur. O, qardaş Türkiyə hərbçiləri ilə də təlimlərdə iştirak etmiş, 2 dəfə kurs keçmiş, "Komando" məktəbində oxumuşdur.

Turan 2016-cı ilin Aprel döyüşlərində mərdliklə vuruşdu, yaralanaraq bu salnamənin ilk səhifəsini yazdı. Sonrakı illərdə Turan Məmmədov Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) baş kəşfiyyatçı, gizir kimi xidmətini davam etdirmişdir. Vətən müharibəsində Turan Məmmədov həmlə-kəşfiyyat taborunun tərkibində döyüşə girərək mərdliklə döyüşüb, yeniyetməlik illərindən ürəyində kök atmış arzularını həyata keçirməyə başlayıb, düşməndən qisas alaraq ona aman verməyib. Murovdağ yüksəkliyi uğrunda 4 gün döyüşüb, yüksəkliyi düşməndən azad etdikdən sonra zirvəsinə bayraq sancıblar. Sonra Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Turan Məmmədov oktyabrın 5-dən 6-na keçən gecə Ağdərənin Tonaşen kəndindəki yüksəkliyi alarkən şəhid olub. 29 noyabr 2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi.

Turan Məmmədovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına  əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Doğulub boya-başa çatdığı kənddə yaşadığı evin qarşısında adını əbədiləşdirən bulaq inşa olunub.

Əmrahov Kamran Əziz oğlu


Əmrahov Kamran Əziz oğlu 29 avqust 1959-cu ildə Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. 1966-cı ildə Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1976-cı ildə həmin orta məktəbi bitirmişdir. Həmin il Neft Akademiyasının Geoloji Kəşfiyyat fakültəsinə daxil olmuş, 1981-ci ildə akademiyanı bitirmişdir. Həmin təyinatla Neft daşlarına mühəndis göndərilmiş və orada çalışmışdır. 1987-1989-cu illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Əmrahov Kamran Əziz oğlu 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə yaralanmış və ermənilər tərəfindən əsir götürülmüşdür. Sonra məlum olmuşdur ki, ermənilər tərəfindən vəhşicəsinə yandırılmışdır. Əmrahov Kamran Əziz oğlu Çaylı kənd Şəhidlər xiyabanında dəfn edilmişdir. Adını əbədiləşdirmək üçün adına bulaq çəkilmişdir.

Nəsibov Rəşad Hümbət oğlu


Nəsibov Rəşad Hümbət oğlu 1 sentyabr 1984-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1991-ci ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuşdur. 27 mart 1995-ci ildə Məzəm kəndinin ərazisində quzu otararkən erməni silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Məktəbli idi. 

Leytenant Bayramlı Elmar İsa oğlu


Leytenant Elmar Bayramlı 2 sentyabr 1998-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1 sentyabr 2005-ci ildə Qazax rayon Birinci Şıxlı kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2016-cı ildə Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin 11-ci sinifini bitirmişdir. 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2020-ci ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə leytenant rütbəsi almış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində “Tağım komandiri” vəzifəsində xidmətə başlamışdır. 

Şəhid leytenantımız 29.09.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 30.09.2020-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. 

Şəhid Elmar Bayramlı da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 

Qürurverici olan odur ki, bu gün şəhidimizin adını yaşadan balaca Elmar böyüyür. Şəhidimizin hərbçi qardaşının oğul payı şəhid əmisinin adını yaşadır. 

Kapitan İbrahimov Əmir Əsgər oğlu


İbrahimov Əmir Əsgər oğlu 2 sentyabr 1954-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1961-ci ildə Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin fakültəni bitirmişdir. Mənfur ermənilər yurdumuza hücuma keçən zaman o, da işlədiyi Statistika idarəsindən könüllü olaraq Vətənin müdafiəsinə yollanmışdır. 1994-cü il mayın 23-də Qazax rayonunda yerləşən “Üçgül” adlanan ərazidə düşmən minasına düşərək şəhid olmuşdur. 

Cəfərov İlqar Dursun oğlu


Cəfərov İlqar Dursun oğlu 27 fevral 1976-cı ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1983-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1994-cü ildə məktəbi bitirərək Vətənin müdafiəsinə yollanmışdır. Cəfərov İlqar Dursun oğlu 3 sentyabr 1995-ci ildə Ağdam rayonunun Əfətli kəndi ərazisində gedən döyüş zamanı şəhid olmuşdur. Subay idi. 

Mehtiyev Vasif Əhməd oğlu


Mehtiyev Vasif Əhməd oğlu 10 aprel 1973-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbində təhsil almışdır. 1992-ci ildə hərbi xidmətə yola düşmüşdür. 3 sentyabr 1993-cü ildə Kəlbəcərdə gedən döyüşlərdə şəhid olmuşdur.

Gizir Nağıyev Eyvaz Alı oğlu


Nağıyev Eyvaz Alı oğlu 3 sentyabr 1960-cı ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Kürdlər kəndində anadan olmuşdur. 1968-ci ildə yaşadığı kənddə 1-ci sinifə daxil olmuş, 1978-ci ildə həmin orta məktəbi bitirmişdir. 1979-1981-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndinə gəlmişdir. 1991-ci ildə könüllü olaraq Milli Orduda gizir kimi xidmət etməyə başlamışdır. 18 avqust 1993-cü ildə döyüş zamanı şəhid olmuşdur. Gürcüstan Respublikasının Marneuli rayonunun Kürdlər kəndində dəfn olunmuşdur. Ailəlidir. Bir oğlu, bir qızı var. Hal-hazırda həyat yoldaşı və uşaqları Bakı şəhərində yaşayırlar. 

Qəhrəmanov Məhəmməd Maksim oğlu


Qəhrəmanov Məhəmməd Maksim oğlu 3 sentyabr 1966-cı ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1972-ci ildə Kəmərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1982-ci ildə məktəbi bitirmiş, 1983-cü ildə SSRİ-nin Xabarovski şəhərinə hərbi xidmətə yola salınmışdır. 1985-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. Hərbidən gəldikdən sonra kənddə müxtəlif işlərdə işləmişdir. 1991-ci ildə Azərbaycan Milli Ordusuna yola salınmışdır. 1993-cü ilin 18 iyulunda Kəmərli kəndində torpaqlarımız uğrunda gedən döyüşdə şəhid olmuşdur. Ailəli idi, bir qızı var.

Yaqubov Xəyyam Şəmistan oğlu


Yaqubov Xəyyam Şəmistan oğlu 27 iyul 1973-cü ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1980-ci ildə İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Həmin ildən 1990-cı ilə kimi Qazax 117 saylı peşə məktəbində qaynaqçı ixtisasına yiyələnmişdir. 1991-ci ildə Qazax Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini “N” saylı Hərbi Hissənin 1-ci taborunda başlamışdır. 3 sentyabr 1994-cü ildə Bala Cəfərlidə gedən döyüşlərdə itkin düşmüşdür. Subay idi. 


Oxunub: 540
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 17:55 | Günnüt əməliyyatının tək qəhrəman şəhidi - Adil Tatarovun xatirəsi anılıb - FOTO
    Bu gün, 17:25 | "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    Bu gün, 17:22 | 1,5 milyonluq PR-media büdcəsi kimin maraqlarına xidmət edir? - Səbuhi Rzazadənin naziri idarəetmə taktikası və kommunikasiya böhranı
    Bu gün, 17:18 | Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
    Bu gün, 17:13 | Ərdoğan Ceyhun Bayramovla görüşdü
    Bu gün, 17:08 | Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama
    Bu gün, 17:06 | Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
    Bu gün, 17:04 | Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran
    Bu gün, 16:31 | Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
    Bu gün, 15:53 | Gürcüstanla Azərbaycan sərhədin delimitasiya prosesini sürətləndirmək barədə razılığa gəlib
    Bu gün, 15:40 | Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla ayaqüstü söhbət edib
    Bu gün, 15:36 | Gənclərlə bağlı tədbirlərin təşkili üçün ayrılan xərclərin məbləği artırıldı - CƏDVƏL
    Bu gün, 15:31 | Metal qablardakı konservlər xərçəng xəstəliyi yarada bilər
    Bu gün, 15:28 | Elza Seyidcahanın qızıllarını mənimsəyənlərin işi: "Üstümüzdə 80 000 manat borc qalmışdı"
    Bu gün, 15:20 | Məhkəmə: Yol qəzasında zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilməyə əsas olub
    Bu gün, 15:12 | Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb - Foto
    Bu gün, 15:10 | Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
    Bu gün, 15:09 | SOCAR Rumıniyada 100-cü yanacaqdoldurma məntəqəsini istifadəyə verib - Foto
    Bu gün, 15:01 | Trombdan qorunmaq üçün səhərlər bunu edin!
    Bu gün, 14:56 | İran və Türkiyə arasında regional məsələlər müzakirə olunub
    Bu gün, 14:52 | Bakıda yeni katolik kilsəsinin açılışında Papa XIV Leonun iştirakına ümid edilir
    Bu gün, 14:50 | Küveyt və Bəhreyn PUA hücumlarını dəf etdiklərini açıqlayıblar
    Bu gün, 14:48 | Ağdamda daha 70 ailəyə yeni mənzillərin açarları təqdim olundu - FOTO
    Bu gün, 14:34 | Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar
    Bu gün, 14:33 | Astarada sürüşmə: 16 istinad divarı çaya aşdı - Foto
    Bu gün, 14:30 | Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir
    Bu gün, 14:27 | Türkiyəli deputatın intim videoları mafiyanın əlinə keçdi
    Bu gün, 14:26 | 1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
    Bu gün, 14:23 | "Sabirabadda futbolu yenidən dirçəltmək istəyirik" - Klub prezidenti
    Bu gün, 14:16 | Şirkətlər qarşısında YENİ ÖHDƏLİK
    Bu gün, 14:13 | Korrupsiya barədə məlumat verən şəxsin müdafiəsi necə təmin olunacaq?
    Bu gün, 14:07 | Hüquqi şəxslər məhkəmə hökmünü icra etməməyə görə cinayət məsuliyyətinə cəlb olunacaq
    Bu gün, 14:04 | Bakıda keçirilən FIFA U-15 dünya çempionatının E və F yolunun qalibləri müəyyənləşdi - Foto
    Bu gün, 13:54 | Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto
    Bu gün, 13:53 | Azərbaycanda 2 min manatlıq cərimə 50 manata endirilir
    Bu gün, 13:52 | Avtomobildə telefondan istifadə foto və videokameralar tərəfindən də qeydə alınaraq, cərimə yazılacaq
    Bu gün, 13:51 | Ağstafa-Qardabani istiqamətində yeni sərhəd-keçid məntəqəsi yaradılacaq - Foto
    Bu gün, 13:50 | Yunan generaldan Türkiyəyə təhdid: “Anlayacaqları şəkildə cavab verərik”
    Bu gün, 13:47 | Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
    Bu gün, 13:38 | Bu şəxslər hərbi çağırışdan azad ediləcək
    Bu gün, 13:34 | Azərbaycan millisi Əfqanıstana da uduzdu
    Bu gün, 13:31 | Vəzifədən gedəcəyi deyilən Səbinə Əliyevadan ilk AÇIQLAMA
    Bu gün, 13:29 | Azərbaycansız keçinə bilmərik - Razuvayev
    Bu gün, 13:22 | Pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək?
    Bu gün, 13:21 | Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi
    Bu gün, 13:19 | Sabah hava necə olacaq?
    Bu gün, 13:14 | İrakli Kobaxidze: Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir
    Bu gün, 13:10 | Müstəqilliyin 35 ilinin 34 ilini müharibə şəraitində keçirdik - Hikmət Hacıyev
    Bu gün, 13:08 | Salyanda hicaba görə məktəbə “Molotov kokteyli” atıldı - Foto
    Bu gün, 12:55 | Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.