İlham Əliyev sabah Paşinyanla görüşəcək
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək. Bu barədə AZƏRTAC xəbər verir. Qeyd edək ki, bir neçə gün öncə “Middle East Eye” Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iyulun sonunda Dubayda görüşünün planlaşdırıldığı barədə məlumat yaymışdı.
Oxunub: 103
Xəbəri paylaş
Paylaş: