Bakıda yanğın: sakinlər təxliyə edildi
Bakıda yaşayış binasında yanğın olub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan 4-cü mərtəbədə mənzilin xarici divarına quraşdırılan kondisioner əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 77
Xəbəri paylaş
Paylaş: