Qarabağdakı sülhməramlılara yeni komandan təyinatı - RƏSMİ
Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin edilib. Mediaxeberleri.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, sentyabrın 3-dən general-mayor Kirill Kulakov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri vəzifəsinə gətirilib. O, bu vəzifədə 2023-cü ilin aprelində təyin olunmuş Aleksandr Lentsovu əvəzləyib. Kirill Kulakov 2017-ci ilin martından Kazan Ali Hərbi Komandanlıq Məktəbinə rəhbərlik edir. 2010-cu illərin ortalarında o, tank və motoatıcı briqadalara komandirlik edib. General "Vətənə xidmətə görə" IV dərəcəli "Qılıncla", "Şücaət, Şərəf" ordeni, II dərəcəli "Vətənə xidmətə görə" medalı ilə təltif edilib.
Oxunub: 229
Xəbəri paylaş
Paylaş: