Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto

Son xəbərlər :
  • Nazirlik: Sosial şəbəkələrdə müavinət artımları ilə bağlı paylaşılan konkret məbləğlər yekun xarakter daşımır
  • Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - FOTO
  • Prezidentə təbriklər davam edir
  • Tiflisdə telekanal binası yanır - Foto
  • Avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejiminə keçir
  • Bakıda BMV klinikaya çırpıldı - Foto
  • Gələn il pensiyalar neçə faiz artacaq?
  • "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq
  • 2027-ci ildə orta illik inflyasiya... - Nazir
  • Makler qadının 163 min manatını ələ keçirdi
  • Yağış yağacaq, temperatur 10 dərəcə düşəcək – Xəbərdarlıq
  • Qazaxda bıçaqlanan kişi Səməd Vurğunun qohumudur - Təfərrüat
  • Bu, insanı qocaldır - Diqqət!
  • Bu gün üç rayonda qaz olmayacaq
  • UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"ı məğlub etdi
  • "Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
  • Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
  • Füzuli Memorial Kompleksin tikintisi 13.1 milyon manata başa gələcək
  • İcra başçısı ixtisarlara başladı: Birinci müavin vəzifəsindən azad edildi
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

MÜHÜRİBƏLƏRİN MÜHASİRƏSİNDƏ... - Bahəddin Həzinin YAZISI

  • Tarix: 25-06-2025, 09:58

"Atəşkəs - ölən sülhün xatirəsini "bir dəqiqəlik sükutla" yad eləməkdir"

Bahəddin Həzi, publusist, yazıçı

Argentinalı Dünya yazıçısı Xorxe Luis Borxes kimi mahir söz ustası belə yazdıqları ilə deyil, oxuduqları ilə qürur duyurdu. O deyirdi: "Bəziləri yazdıqları kitablarla öyünür, mən isə oxuduqlarımla".

Əslində onun yazdıqları da oxuduqları kimi öyünüləcək şedevrlərdir. Öz yaratdıqları da, başqalarının yaradıqları da qürur qaynağıdır.

Ancaq çox qəribə dövrdə yaşayırıq: ətrafımızda müharibələr tam sürətlə "böyüyür". Dünənki "lokal körpə" toqquşmalar bu gün "regional dəliQANLI" cavandır, üzü "dağıdıcı qlobal ahıllığa" - ümumbəşəri ağılsızlığa tərəfdir. Dünya müharibəsi təhlükəsini "qapıdan qovursan, pəncərədən soxulur".

Biz də odlu bir halənin içində qalmışıq. Şimaldan və cənubdan müharibələrin "mühasirə"sinə düşmüşük. Dövlətlər bir-birinin başına dağıdıcı raketlər, partlayıcı maddə yüklü dronlar, çoxtonluq bombalar yağdırır. Yazdıqları ilə dünyanı qürurlandıran Borxes özü, bəli, oxuduqları ilə qürurlanırdı. Bir də qlobal səhnənin "aktyorları"na - geosiyasi aktorlara baxın: qurub yaratdıqları ilə deyil, vurub dağıtdıqları ilə fəxr edirlər. Qonşu ölkə nüvə dövləti olana qədər dövlətçiliyinin nüvəsi dağılıb gedir sanki. Özü ekzistensional təhlükə mənbəyi olanlar eyni təhlükə ilə üzləşiblər. Ən pisi odur ki, bəzi rejimlər başqalarından daha çox öz xalqı üçün təhlükədir artıq.

Daha çox ev yıxmaqla, daha çox adam öldürməklə, daha çox şəhər dağıtmaqla qürur duyan "lider"lər cavan oğulların qanı və dərdli anaların göz yaşı ilə meydan sulayır.

Bax, belə bir Dünyada yaşayırıq. Beləcə, bu "meydan"ın tən ortasında dayanıb, başına yağacaq fəlakətlərin yolunu gözləyir hər kəs.

Gör, dünyanın və zamanın harasıdır ki, biz azzamanlı atəşkəslərə sevinirik, döyüşlərarası qısa fasilələrlə ovunuruq. Yaxın Şərqdə "realiti cəhənnəm" kiçik pauza verəcəkmiş! Nə böyük bəxtəvərlik!

Qısa, ya uzun - fərqi yoxdur, atəşkəs müharibəsizlik deyil, bir az ara verməkdir, nəfəs dərib, sonra təzədən qaldığın yerdən ölüb-öldürməyə davam etməkdir.

Atəşkəs - ölən sülhün xatirəsini "bir dəqiqəlik sükutla" yad eləməkdir. Atəşkəs ardı-arası kəsilməyən ölümcül oyunların əliqanlı oyunçularına hərdən sayğı duruşuna keçməkdir.

Atəşkəs özlüyündə sanki yaxşı bir şeydir, amma və lakin...

Həqiqi və səmimi sülh əldə edə bilməyəcək adamların daha çox öldürmək üçün azca dayanıb nəfəslənməsidir atəşkəs. Axı bu dünyaya atəşkəs yox, atəşsizlik gərəkdir. Fasiləli savaş yox, fasiləsiz barış lazımdır insanlığa. Nüvə alimləri atomu ilk dəfə parçalayanda, görəsən, Planetdə həyatın nüvəsini parçalayıb dağıdacaq gücün əsasını qoyduqlarını bilirdilərmi?!

...Yer üzündə yüksək sivilizasiya qurduğumuzla qürur duyuruq, amma bəşəriyyət olaraq o sivilizasiyanın da axırına özümüz çıxırıq. Bunun da günahkarları dünyada söz yiyəsi olanlardır. Daha əvvəl yazmışdım: "Dünyada söz yiyəsi olanlar - sözünün yiyəsi deyillər".

Bax, bizim başımızı zaman-zaman atəşkəslə aldadıb, özləri atəşlə oynayırlar. Arabir döyüşü dayandırıb, ardınca daha çox döyüşürlər. Dünyada həyatın qiymətini qaldırıb, ölümü ucuzlaşdırır bu Dünya liderləri. Ona görə də məni qınamayın, belə atəşkəslərdən heç gözüm su içmir. Hətta el arasında deyildiyi kimi, gözümün içi ağrıyır. Bir sözlə, təcavüzkar, dağıdıcı müharibələrdə "nahar fasiləsi" rolunu oynayan atəşkəsdən lap zəhləm gedir...

Hə, Otto fon Bismarkın: "Siyasət - mümkün olanı əldə etmək sənətidir" kəlamını əldə bayraq edib üstümə gələrsiniz, atəşkəsə də şükr deyərsiniz. Əslində mən artıq heç bu fikirlə də razı deyiləm. Siyasətə axı biz nə vaxtacan mümkün olanı əldə etmək sənəti kimi baxacağıq?!

Bəs nə zaman siyasət, sadəcə, mümkün olanı deyil, düzgün olanı əldə etmək sənətinə çevriləcək?!

Dünya idarəçiliyinin əsasında hətta heç siyasət də deyil, cinayət dayananda səhnəyə muzdlu qatillər çıxır. Bu günlərdə qaladıqları qəddar ocağın işığı düşdü, daha aydın göründü o qatillər.

Budurmu, yeganə mümkün olan?! Müharibə?! Nə zamana qədər siyasət başımıza od yağdırıb, gözümüzə kül üfürəcək?! Haçanacan canımıza od vurub, öz ətimizdən özümüzə kabab çəkəcəklər?! Axı bu, belə hara qədər?!

Bəlkə əsl sual budur?!

Avropa, Turgenyevin dediyi kimi, Hamlet və Don Kixot obrazları arasında istədiyi qədər "var-gəl" etsin. Ancaq "olum, ya ölüm" Qərbdə (elə Şərqdə də) yeganə sual deyil: Dünya siyasəti "ölüm, ya öldürüm" dilemmasına dirənib.

Böyük siyasət budursa, bəs onda kiçiyi hansıdır?!

Ətrafa geniş pəncərədən baxanda görürsən ki, heç bu Dünya siyasətlə də idarə olunmurmuş!

Bilirsiniz, Dünya idarəçiliyinin əsasında bəlağət dayananda natiqlər, cəhalət dayananda qafillər, həqiqət dayananda aqillər, ədalət dayananda adillər, ticarət dayananda tacirlər səhnəyə çıxmışdı. Hələ bir yerdə ki idarəçiliyin xəmiri cinayətdən yoğrula, orda, əlbəttə, qatillər at səyridəcək. Üstəlik bu xəmirin mayasına cəhalətin zalım zülməti və vəhşi ticarətin ifrat praqmatizmi qarışıbsa, betərin betəri gəlib özünü yetirir.

Həmişə deyirik ha: "Allah betərindən saxlasın". Yox, Allahın deyil, Allahsızın işidir bu. Dünya od içindədir. Yer kürəsi özü boyda alov topuna dönüb, sonun başlanğıcına doğru fırlanır. Öz oxundan "çıxıb", özgənin atdığı alovlu ox ətrafında fırlanır sanki. Bu gün ətrafımızı sarmış müharibələr bu sonluğa çatmamış dayanmasa, sonra dayandırmaq daha çətin olacaq. Bu müharibələrdə təkcə insanlar deyil, insanlıq ölür. Həm də hələ(lik) salamat qalmış insanların gözləri önündə ölür insanlıq.

Amerikanın 35-ci prezidenti Con Kennedi düz deyirmiş: "Ya bəşəriyyət müharibələrin axırına çıxacaq, ya da müharibələr bəşəriyyətin".

Yeri gəlmişkən, məndən soruşurlar: "Bunun axırı necə olacaq?"

Cavab: "Belə getsə, deyəsən, axırıdır..."


Oxunub: 691
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:57 | Nazirlik: Sosial şəbəkələrdə müavinət artımları ilə bağlı paylaşılan konkret məbləğlər yekun xarakter daşımır
    Bu gün, 16:49 | Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - FOTO
    Bu gün, 16:44 | Prezidentə təbriklər davam edir
    Bu gün, 16:41 | Tiflisdə telekanal binası yanır - Foto
    Bu gün, 14:33 | Avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejiminə keçir
    Bu gün, 14:31 | Bakıda BMV klinikaya çırpıldı - Foto
    Bu gün, 14:30 | Gələn il pensiyalar neçə faiz artacaq?
    Bu gün, 13:51 | "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq
    Bu gün, 13:06 | 2027-ci ildə orta illik inflyasiya... - Nazir
    Bu gün, 13:05 | Makler qadının 163 min manatını ələ keçirdi
    Bu gün, 13:03 | Yağış yağacaq, temperatur 10 dərəcə düşəcək – Xəbərdarlıq
    Bu gün, 11:07 | Qazaxda bıçaqlanan kişi Səməd Vurğunun qohumudur - Təfərrüat
    Bu gün, 07:54 | Bu, insanı qocaldır - Diqqət!
    Bu gün, 07:53 | Bu gün üç rayonda qaz olmayacaq
    Dünən, 23:42 | UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"ı məğlub etdi
    Dünən, 22:48 | "Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
    Dünən, 21:38 | Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
    Dünən, 21:34 | Füzuli Memorial Kompleksin tikintisi 13.1 milyon manata başa gələcək
    Dünən, 21:28 | İcra başçısı ixtisarlara başladı: Birinci müavin vəzifəsindən azad edildi
    Dünən, 21:23 | Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Dünən, 21:20 | Şirvanın Vüqarı
    Dünən, 21:17 | “Qalatasaray” “Ştutqart”a qarşı - Start heyətlər
    Dünən, 21:12 | İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır: Rəsmi - Foto
    Dünən, 21:09 | QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
    Dünən, 21:04 | ZATULİNİN BAKI TÜRMƏSİNDƏKİ “DOSTLARI”... - Deputat yenə “sayıqladı”
    Dünən, 21:01 | PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    Dünən, 20:56 | Koronavirus yenidən yayılmağa başlayıb - Təhlükə var? - VİDEO
    Dünən, 20:55 | Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
    Dünən, 20:40 | YA SÜLH, YA NÜVƏ ZƏRBƏSİ, YA DA... - ABŞ-dəki seçkidən sonra İranı nə gözləyir?
    Dünən, 20:31 | Bakıda torpaq sahələri bahalaşdı
    Dünən, 19:51 | Sabahdan Bakı–Qazax yolunda hərəkət məhdudlaşdırılacaq - Səbəb
    Dünən, 19:50 | Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
    Dünən, 19:34 | Azərbaycana qarşı çağırışlar edən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Siyahı
    Dünən, 19:31 | Özbəkistanla əbədi dost olduq - RƏSMİ
    Dünən, 19:14 | İlham Əliyevin xarici siyasət strategiyası, Azərbaycanın artan beynəlxalq çəkisi və Vaşinqtondan gələn dəvətin arxasında dayanan geosiyasi reallıqlar
    Dünən, 19:09 | Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rəsm sərgisi keçirilib
    Dünən, 19:06 | Bakıda qadın "TikTok"da canlı yayımda öldü
    Dünən, 18:53 | Rusiyada azərbaycanlılar qəzaya düşdülər: Ölənlər var
    Dünən, 18:43 | Ermənistan əsgərləri sektalara görə özlərini öldürürlər?
    Dünən, 18:04 | Qazaxda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib
    Dünən, 17:43 | İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
    Dünən, 16:46 | “Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
    Dünən, 16:39 | Qazaxda qəhrəman şəhidlərimizin əziz xatirələri böyük hörmət və ehtiramla yad olunur
    Dünən, 16:25 | Gəncədəki bağçada bit iddiası ilə bağlı yoxlama aparıldı
    Dünən, 16:21 | "WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
    Dünən, 16:16 | Azərbaycan polisi Kiyevdə əməliyyat keçirdi - Video
    Dünən, 15:50 | Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
    Dünən, 14:25 | Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarında
    Dünən, 14:23 | Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Dünən, 14:22 | Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək - Yaxın vaxtlarda...
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.