“Muğan” klinikasında yanğın - YENİLƏNDİ
Sabirabadda klinikada baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunda klinikada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli klinikanın dam örtüyündə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. *** 17:02 Sabirabadda klinika yanır. Yanğın hadisəsi Sabirabad şəhərinin mərkəzində yerləşən “Muğan” klinikasında baş verib. Hazırda yanğının söndürülməsinə FHN Sabirabad Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Oxunub: 71
Xəbəri paylaş
Paylaş: