Astarada ər 22 yaşlı arvadını döydü
Astara rayonunda gənc qadın həyat yoldaşı tərəfindən döyülüb. Mediaxeberleri.Az Teleqraf-a istinadla xəbər verir ki, 2003-cü il təvəllüdlü Nərmin Ceyhun qızı Cəfərli müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Vəziyyəti ağır olduğu üçün dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Yaxınlarının bildirdiyinə görə, Nərmin həyat yoldaşı Mirəhməd Seyidəzim oğlu Ağayev tərəfindən döyülüb və vəziyyəti kritikdir. Cütlük 2020-ci ildə ailə qurub. Ailə həyatları boyunca bir neçə dəfə münaqişələrin yaşandığı və qadının dəfələrlə zorakılığa məruz qaldığı deyilir. Sonuncu hadisə isə ötən gün baş verib. Hazırda Nərmin Cəfərlinin müalicəsi reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.