Ağstafanın Qırılı kəndində "Son zəng" sevinci yaşandı
Ağstafa rayonu Sirac Əliyev adına Qırılı kənd tam orta məktəbində "Son zəng" tədbiri keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, tədbirdə müəllimlər, şagirdlər, valideynlər və yerli icra strukturlarının nümayəndələri iştirak ediblər. Məktəbin sonuncu sinif şagirdləri üçün təşkil olunan mərasimdə çıxış edənlər onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Həyəcan, sevinc, duyğulu anlar. Hər biri bu unudulmaz günə qarışdı. Məktəb həyətində səslənən son zəng sədası təkcə bir ilin deyil, bir ömrün unudulmaz səhifəsinə çevrildi.Uğur yolunuz açıq olsun əziz məzunlar!
Oxunub: 587
Xəbəri paylaş
Paylaş: