Ağstafada ailə FACİƏSİ: Müəmmalı "8" rəqəmi
Ağstafada uşaq ölümü faktı qeydə alınıb. Ölüm hadisələrinin hamısı "8"-i tarixinə təsadüf etməsi böyük müəmma doğurur.Ağstafada bir ailənin faciəsi - Baba və nənə hasar altında qalıb, ikinci nəvə də...
Mediaxeberleri.Az xəbər verir ki, hadisə rayonun Qırılı kəndində baş verib.
Kənd sakini 2024-cü il təvəllüdlü N.İsamaylıova valideynləri tərəfindən ağır vəziyyətdə iyunun "8"-də Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı azyaşlının öldüyü məlum olub. Onun ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, ötən ilin avqust ayının "8"-də İsmayılovların övladları 2022-ci il təvəllüdlü G. İsmayılzadə qıc olma diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müayinəsi zamanı G. İsmayılzadənin öldüyü məlum olub.
Xatırladaq ki, bu ailə baba və nənənin faciəvi ölümü ilə də diqqət çəkib. 2024-cü il sentyabrın "8"-də Qırılı kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov nərdivanı hasara söykəyərək üzüm yığan zaman hasar aşıb, nəticədə Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşların altında qalaraq ölüblər.