Şamaxı və Xızıda zəlzələ oldu: xəsarət alan var?
Şamaxı və Xızıda zəlzələ qeydə alınıb. Bu barədə Mediaxeberleri.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, yerli vaxtla 16:02-də qeydə alınan zəlzələnin maqnitudası 3.7, dərinliyi 7 km olub. Yeraltı təkan episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. Yerli vaxtda 16:04-də qeydə alınan ikinci təkanın isə maqnitudası 3.1, dərinliyi 4 km olub. Zəlzələ hiss olunmayıb. *** Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb. Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Oxunub: 155
Xəbəri paylaş
Paylaş: