Qazaxda avtomobil divara çırpıldı - 4 nəfər öldü
Qazax rayonunda ağır yol qəzası baş verib. Mediaxeberleri.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Belə ki, "BMW" markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 372
Xəbəri paylaş
Paylaş: