Minifutbol üzrə dünya çempionatı: Bu gün qrup mərhələsində II tura start veriləcək
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində bu gün II tura start veriləcək. Milli Gimnastika Arenasında daha 8 qarşılaşma baş tutacaq. A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşacaq. Elşad Quliyevin rəhbərlik etdiyi təmsilçimiz ilk görüşdə Bəhreylə heç-heçəyə (1:1) razılaşıb. C qrupunda mübarizə aparan Türkiyə yığması isə Ukraynanı sınağa çəkəcək. Dünya çempionatı Qrup mərhələsi II tur 23 may A qrupu 12:45. Mavritaniya - Bəhreyn 20:45. Sloveniya - Azərbaycan B qrupu 14:00. Fransa - Özbəkistan 16:30. Çad - Rumıniya C qrupu 15:15. İngiltərə - Macarıstan 19:30. Ukrayna - Türkiyə D qrupu 18:15. Bolqarıstan - Hindistan 22:00. Portuqaliya - Slovakiya Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Oxunub: 108
Xəbəri paylaş
Paylaş: