Millimiz dünya çempionatına heç-heçə ilə başladı
Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start verilib. Mediaxeberleri.Az xəbər verir ki, ilk oyun günündə 8 matçdan 6-sı keçirilib keçiriləcək. Əvvəlcə turnirin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanın Xalq artisti Aygün Kazımova və türkiyəli məşhur müğənni Aleyna Tilki musiqi proqramı ilə çıxış ediblər. A qrupunda yer alan Azərbaycan millisi bu gün Bəhreynlə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Yığmamızın heyətində yeganə qolun müəllifi Mirmehdi Rzayev olub. A qrupunun digər görüşündə Mavritaniya və Sloveniya komadası üz-üzə gələcək. 21 may Dünya çempionatı Qrup mərhələsi 1-ci tur A qrupu 20:30. Azərbaycan - Bəhreyn - 1:1 23:00. Mavritaniya - Sloveniya B qrupu 09:15. Fransa - Çad - 1:0 21:45. Rumıniya - Özbəkistan C qrupu 10:30. Macarıstan - Türkiyə - 1:1 13:00. Ukrayna - İngiltərə - 0:4 D qrupu 11:45. Bolqarıstan - Portuqaliya - 1:3 14:15. Slovakiya - Hindistan - 15:0 Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunacaq dünya çempionatı iyunun 1-də başa çatacaq.