Region Liqasının final və III yer uğrunda oyunu müəyyənləşib
Mediaxeberleri.Az xəbər verir ki, yarışın həlledici matçları mayın 22-də Qəbələdə təşkil olunacaq. İlk olaraq saat 14:00-da Qəbələ şəhər stadionunun ehtiyat meydançasında III yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 17:00-da Qəbələ şəhər stadionunun əsas meydançasında baş tutacaq. Xatırladaq ki, Region Liqasının 1/2 final mərhələsində "Ağstafa Gəncləri" "Xankəndi" FK-ya (0:4 və 0:1), Göyəzən" PFK isə "Şirvan" FK-na (4:1 və 0:4) məğlub olub.
AFFA Region Liqasının 2024/2025-ci illər mövsümünün final və 3-cü yer uğrunda oyununun yeri və başlama saatı müəyyənləşib.
Oxunub: 182
Xəbəri paylaş
Paylaş: