Mediaxeberleri.az
    
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU

Son xəbərlər :
  • İcra başçısı qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb
  • İrəvanın puç olmuş "yeni müharibə" xülyası və Azərbaycanın yaratdığı alternativsiz nizam
  • Azərbaycandakı diplomatların şəxsi məlumatları satışa çıxarılıb - ŞOK
  • NATO şərq cinahında müharibəyə hazırdır - Draqone
  • Ukrayna Moskvanı “Flaminqo” ilə vurdu - Zelenski
  • Moskvaya hücum: 400-dən çox reys təxirə salındı
  • Qarabağda 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edildi
  • Sabahın hava proqnozu açıqlandı
  • Ukrayna Nisanovun bazarını yenə vurdu - Video
  • Tramp Yəmənə zərbə variantını müzakirə edib
  • “Vivaldi” əməliyyatı: Ukrayna Donetskin daha 2 kəndini azad etdi
  • Ukrayna Moskvada nəhəng texnoparkı yandırdı – Video
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
  • Dağətəyi rayonlara leysan yağıb - Faktiki hava
  • Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
  • Süni intellekt İnterpola 120-dən çox terrorçunun müəyyən olunmasında kömək edib
  • Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" - Video
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • Zibil konteynerləri niyə çatışmır? Bakıda sakinlərin şikayətinə rəsmi cavab - Video
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycan mediası beynəlxalq müstəvidə: Bakı yazır, dünya istinad edir!

  • Tarix: 17-05-2025, 22:35

Azərbaycan mediası son üç ildə beynəlxalq informasiya məkanında öz nüfuzunu gücləndirərək tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələni səciyyələndirən əsas xüsusiyyətlərdən biri ölkənin artıq informasiya istehsalçısı kimi çıxış etməsi, Azərbaycanla bağlı transmilli və xarici media qurumları tərəfindən istinad edilən əsas mənbəyə çevrilməsidir.

Əvvəllər Azərbaycanla bağlı xəbərlər beynəlxalq mediada daha çox transmilli media qurumlarına, hətta qonşu ölkələrin - xüsusən də Rusiya və Türkiyə kimi regional güclərin media orqanlarına istinadla yayımlanırdı. Lakin son üç il ərzində qlobal informasiya məkanında əsas istinad nöqtəsi məhz Azərbaycan mediası olub. Bu mühüm dəyişiklik, yerli media qurumlarının operativlik, eksklüzivlik və peşəkarlıq səviyyələrinin artması, mediaya daha konseptual baxışla izah olunur.

Əlbəttə, Azərbaycanda əvvəllər də bir neçə agentlik və televiziya kanalı mövcud idi ki, onlara zaman-zaman xarici KİV-lər istinad edirdi. Lakin xüsusilə Vətən müharibəsinin birinci mərhələsində daha çox Türkiyə mediasının fəallığı diqqət çəkirdi. Amma cəmi bir il keçdikdən sonra, qısamüddətli antiterror əməliyyatı zamanı dünya mediasında əsas istinad mənbəyi artıq Azərbaycan mediası oldu. Bu dəyişiklik, yerli medianın hadisə yerindən verdiyi eksklüziv reportajlar, birbaşa canlı yayımlar və operativ informasiyalarla mümkün oldu.

Dünya Azərbaycan mediasına istinad edir

Daha sonra Azərbaycanla bağlı baş verən digər qlobal əhəmiyyətli hadisələrdə də bu tendensiya davam etdi. COP29 kimi mühüm beynəlxalq tədbirdə - baxmayaraq ki, burada dünyanın dörd bir yanından yüzlərlə media quruluşu iştirak edirdi - Azərbaycan mediası ön planda oldu və ciddi istinad mənbəsi kimi çıxış etdi. Yerli media bu tədbirdə yalnız iştirakçı deyil, həm də xəbər mənbəyi rolunu uğurla oynadı.

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasına dair məlumatların operativ şəkildə yayılması da Azərbaycan mediasının nüfuzunun göstəricilərindən biri oldu. Bu hadisə ilə bağlı dünyanın demək olar ki, bütün qitələrində yayılan xəbərlərdə əsas istinad mənbəsi olaraq Azərbaycan informasiya agentlikləri və aparıcı xəbər portalları-xüsusilə AZƏRTAC, APA, "Trend", "Report" agentlikləri, "Caliber" portalı, "Anewsz"və CBC kanalları öncüllük təşkil edirdi.

Müxtəlif dillərdə xəbər yayımı ilə məşğul olan bu mənbələr beynəlxalq medianın əsas istinad mənbəyi idi. "BBC", "Al Jazeera", "Reuters", "The Washington Post", "The New York Times" kimi aparıcı media qurumları, hətta Hindistan və İndoneziya mətbuatına qədər olan geniş arealda qəza ilə bağlı xəbərlər əsasən Azərbaycan mediasına istinadla paylaşıldı. Beləliklə, media orqanlarımız bu hadisədə birbaşa informasiya yayıcısı kimi çıxış etdi.

Bütün bunlar göstərir ki, ölkədə son illərdə media siyasəti düzgün və strateji əsaslı qurulur. Əvvəllər "özümüz yazıb, özümüz oxuyurduqsa", bu gün Azərbaycan mediasına beynəlxalq müstəvidə olan maraq və istinadlar sübut edir ki, artıq informasiyanın ilk mənbəyi rolunu oynayırıq. Eksklüziv xəbərlərin yerli media vasitəsilə yayılması, ölkə mediasının xarici informasiya qurumları ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsini verir.

Prezidentin informasiya strategiyası: medianın qlobal nüfuzunun artmasında liderlik rolu

Prezident İlham Əliyevin informasiya strategiyası Azərbaycan mediasının beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayıb. Onun rəhbərliyi ilə həyata keçirilən media islahatları və texnoloji modernləşmə, ölkənin informasiya təhlükəsizliyini gücləndirib. Prezidentin yerli və xarici mediaya verdiyi müsahibələr, çıxışlarının müxtəlif dillərdə yayımlanması, Azərbaycanın qlobal informasiya məkanında mövqeyini möhkəmləndirib. Bu strategiya, həm də milli maraqların müdafiəsində medianın effektivliyini artırıb. Nəticədə, Azərbaycan mediası regional və beynəlxalq informasiya axınında etibarlı mənbə kimi tanınıb.

Ölkə Prezidentinin media ilə əməkdaşlığı da bu prosesdə önəmli rol oynayır. Prezidentin mütəmadi olaraq yerli televiziyalara verdiyi müsahibələr və həmin müsahibələrin müxtəlif dillərdə yayımlanması informasiya dövriyyəsində yeni mərhələ yaradıb.

Artıq ənənə halını almış Şuşa Beynəlxalq Media Forumunda Prezident İlham Əliyev saatlarla yerli və xarici medianın suallarını cavablayır. Prezident ildə bir neçə dəfə yerli və xarici beyin mərkəzlərinin nümayəndələri ilə görüşür, o görüşlərdən dünya mediasına manşet olan açıqlamalar yayılır.

Azərbaycan mediası Prezidentin səfərlərində

Azərbaycan Prezidentinin səfərlərinin işıqlandırılması ilə bağlı edilən uğurlu dəyişiklik də mediamızın nüfuzuna önəmli təsir edib. Heç kimə sirr deyil ki, bu gün İlham Əliyev dünyada diqqət mərkəzində olan liderlərdən biridir. Onun səfərləri, açıqlamaları regional və beynəlxalq media üçün xəbərdir.

Azərbaycan mediası illərlə Prezidentin görüşləri, səfərləri ilə bağlı xəbərlərin operativ işıqlandırılmasında maneə və problemlə üzləşib. Son bir ildə ilə Prezidentin səfər və görüşləri çox operativ, bəzən anbaan işıqlandırılır. Prezident Əliyevin görüş və səfərlərindən keyfiyyətli canlı yayınlar təşkil olunur və bu yayınları dövlət televiziyası ilə yanaşı, digər özəl və kabel televiziyalarının da yaymasına şərait yaradılır.

Dövlət televiziyası və agentliyi ilə yanaşı, APA, "Trend", "Report" kimi aparıcı agentliklər, İctimai Televiziya və digər özəl xəbər kanalları Prezidentin xarici səfərlərində təmsil olunur, bu səfərləri fasiləsiz işıqlandırır.

"Avropa Siyasi Birliyi" 6-cı Zirvəsində Azərbaycan fərqi

Elə bu həftə içində Azərbaycan Prezidentinin iştirak etdiyi "Avropa Siyasi Birliyi" 6-cı Zirvə toplantısında müxbir heyəti ilə təmsil olunan agentlik və televiziyalarımız xüsusi performans göstərdilər.

Bu tədbirdə Avropa ölkələrinin mərkəzi KİV-lərinin mikrofonlarından daha çox Azərbaycan media qurumlarının mikrofonlarına rast gəlinməsi bu sahədə əldə edilən nəticələrin simvoluna çevrildi.

Azərbaycan mediası bu tədbirdə hər kəsə mikrofon uzatdı, mətbuat konfranslarında təmsil olundu, İctimai Televiziya Ermənistanın baş naziri Paşinyandan belə müsahibə alıb yayımladı.

Prezidentin çıxışları, səfərindəki qeyri-rəsmi qeydlər belə Azərbaycan mediasında və sosial şəbəkələrdə operativ yayıldı.

Media informasiya təhlükəsizliyinin qoruyucusu rolunda

Azərbaycan mediası bu müddət ərzində təkcə informasiya qaynağı kimi deyil, eyni zamanda informasiya təhlükəsizliyinin qoruyucusu kimi də çıxış edib.

Azərbaycana qarşı aparılan informasiya hücumları qarşısında sipər funksiyasını yerinə yetirib, milli maraqların müdafiəsində mübarizə aparıb. Dövlətin strateji və beynəlxalq maraqlarına yönəlmiş təxribat xarakterli təşəbbüslərə qarşı medianın apardığı mübarizə çox zaman əsas müdafiə xəttində baş verib.

Bu gün biz Azərbaycana qarşı qara piar aparanların təkcə dövlət rəsmilərinin açıqlamalarına deyil, media orqanlarına müdafiə xarakterli cavablarını müşahidə edirik. Bu isə Azərbaycan mediasının beynəlxalq səviyyədə ciddi qəbul olunduğunu, informasiyanın təkcə istehlakçısı deyil, həm də formalaşdırıcısı olduğunu göstərir.

Azərbaycan mediasında çoxdilli inkişaf strategiyası

Xüsusilə rus və ingilis dillərində fəaliyyət göstərən xəbər portallarının keyfiyyətinin artırılması Azərbaycan mediasının beynəlxalq səviyyədə daha geniş auditoriyaya çıxışını təmin edən əsas faktorlardan birinə çevrilib. Qlobal informasiya dövriyyəsində yer almaq, yalnız yerli dildə deyil, dünya ictimaiyyətinin anladığı dillərdə məzmun istehsalını zəruri edir. Bu baxımdan, son illərdə rus, ingilis, fransız, farsdilli media resurslarının inkişaf etdirilməsi istiqamətində atılan addımlar məqsədyönlü və strateji yanaşmanın göstəricisidir.

Bu proses təkcə dil səviyyəsində tərcümə ilə məhdudlaşmayıb, eyni zamanda media sahəsində konseptual yanaşmanın tətbiqi ilə müşayiət olunub. Yəni, Azərbaycan reallıqlarının, milli maraqların və regional mövqeyin beynəlxalq auditoriyaya düzgün və obyektiv şəkildə çatdırılması üçün müasir media standartlarına uyğun kontent siyasəti formalaşdırılıb. Bu, informasiya diplomatiyasının mühüm elementinə çevrilib.

Paralel olaraq, jurnalist kadrlarının peşəkarlıq səviyyəsinin artırılması da əsas hədəflərdən biri olub. Xarici dillərdə material hazırlayan jurnalistlərin seçilməsi və onların təlimə cəlb olunması, beynəlxalq media mühitində təcrübə qazanmaları üçün yaradılan imkanlar uzunmüddətli uğurların təməlini qoyub. Bu çərçivədə, xarici ölkələrdə təlim proqramları, beynəlxalq media platformalarında iştirak və əməkdaşlıq imkanlarının genişləndirilməsi ön plana çıxır.

Tərəfsiz sözün gücü: Azərbaycan mediası beynəlxalq səhnədə

Azərbaycan mediasının beynəlxalq diqqət cəlb etməsinin digər mühüm səbəbi isə qlobal hadisələrə münasibətdə nümayiş etdirdiyi peşəkarlıq və tərəfsizlikdir. Bu yanaşma ardıcıl və düzgün media siyasətinin nəticəsi kimi ortaya çıxır.

Məsələn, Rusiya-Ukrayna müharibəsi ilə bağlı əksər ölkələrin mediası konkret tərəf tutduğu halda, Azərbaycan mediası həm Rusiya, həm də Ukrayna rəsmilərinə və ekspertlərinə söz verməklə obyektivlik nümayiş etdirib. Eyni prinsip İsrail-Fələstin münaqişəsində də qorunub - hər iki tərəfin mövqeləri balanslı şəkildə yayımlanıb.

Qarabağ müharibəsində Hindistan mediası Ermənistanın yanında dayansa da, Azərbaycan mediası Hindistan-Pakistan münaqişəsində hər iki ölkənin mövqeyini obyektiv şəkildə təqdim edib. Məsələn, APA agentliyinin arxivində bu cür təhlillərin çoxluğu buna sübutdur. Hətta bir çox ölkələrin media mütəxəssisləri və diplomatları beynəlxalq proseslərə Azərbaycan mediasının balanslı yanaşmasını xüsusi qeyd ediblər.

Halbuki biz nəinki ayrı-ayrı münaqişələrə, hətta BMT-nin çətiri altında keçirilən COP29 tədbirinə belə Azərbaycana olan qərəzinə görə boykot və ya birtərəfli yanaşan xarici media orqanlarının "xəbər siyasəti"ni yaxın keçmişdə müşahidə edə bildik.

Sosial medianın yüksəlişi: Etibarlı məlumatın rəqəmsal mənbələri

Sosial media ilə bağlı da son illər strateji yanaşma müşahidə olunur. Bu gün demək olar ki, bütün dövlət qurumlarının sosial şəbəkələrdə rəsmi səhifələri fəaliyyət göstərir. Bu səhifələr vasitəsilə vətəndaşlarla və media ilə əlaqə qurulur, ictimai sorğulara operativ cavablar verilir. Aparıcı televiziyalar, agentliklər və xəbər portalları sosial mediada aktiv fəaliyyət göstərir.

Bu gün Azərbaycanda xəbərin əsas yaradıcısı məhz yerli media qurumlarıdır. Əhali informasiya ehtiyacını əksərən Azərbaycan dilində və yerli mənbələrdən təmin edir. Azərbaycan media məkanında heç bir xarici media orqanı və ya onun yerli strukturu dominantlıq etmir, edə bilmir.

Sosial şəbəkələrdə informasiya dövriyyəsi artsa da, rəsmi və etibarlı mənbə rolunu əsasən aparıcı media strukturları daşıyır. Bu da onu göstərir ki, sosial media ilə iş düzgün qurulub.

Beləliklə, Azərbaycan mediası dövrün tələblərinə cavab vermək üçün daha konseptual yanaşma ilə işləyə bilir. Xüsusilə beynəlxalq arenada nüfuzunu, istinadını və ciddiyyətini artıra bilir.

APA İnformasiya Agentliyi


Oxunub: 893
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 13:17 | İcra başçısı qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb
    Bu gün, 13:12 | İrəvanın puç olmuş "yeni müharibə" xülyası və Azərbaycanın yaratdığı alternativsiz nizam
    Bu gün, 13:10 | Azərbaycandakı diplomatların şəxsi məlumatları satışa çıxarılıb - ŞOK
    Bu gün, 13:08 | NATO şərq cinahında müharibəyə hazırdır - Draqone
    Bu gün, 13:05 | Ukrayna Moskvanı “Flaminqo” ilə vurdu - Zelenski
    Bu gün, 13:03 | Moskvaya hücum: 400-dən çox reys təxirə salındı
    Bu gün, 12:59 | Qarabağda 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edildi
    Bu gün, 12:55 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:51 | Ukrayna Nisanovun bazarını yenə vurdu - Video
    Bu gün, 12:47 | Tramp Yəmənə zərbə variantını müzakirə edib
    Bu gün, 12:44 | “Vivaldi” əməliyyatı: Ukrayna Donetskin daha 2 kəndini azad etdi
    Bu gün, 12:42 | Ukrayna Moskvada nəhəng texnoparkı yandırdı – Video
    Bu gün, 11:08 | Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Bu gün, 11:05 | Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
    Bu gün, 11:02 | Dağətəyi rayonlara leysan yağıb - Faktiki hava
    Bu gün, 10:50 | Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
    Bu gün, 10:24 | Süni intellekt İnterpola 120-dən çox terrorçunun müəyyən olunmasında kömək edib
    Bu gün, 10:20 | Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" - Video
    Bu gün, 10:16 | I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    Bu gün, 10:12 | Zibil konteynerləri niyə çatışmır? Bakıda sakinlərin şikayətinə rəsmi cavab - Video
    Bu gün, 10:07 | Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - VİDEO
    Bu gün, 10:01 | Qarabağda 23 saat 43 dəqiqə: Antiterror tədbirlərinin hərbi xronikası - Video
    Bu gün, 09:59 | Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur
    Bu gün, 09:57 | "Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
    Bu gün, 09:53 | Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto
    Bu gün, 09:49 | Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto
    Bu gün, 09:47 | Moskvaya kütləvi PUA hücumu olub, 2 nəfər ölüb
    Bu gün, 09:19 | Azərbaycan neftinin qiyməti 122 dolları ötüb
    Bu gün, 09:11 | "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı
    Bu gün, 00:00 | Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Dünən, 21:51 | "Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
    Dünən, 20:12 | Hamamda bədbəxt hadisə: Ağstafada 64 yaşlı qadın öldü
    Dünən, 16:05 | Neftçilər Günü ilə bağlı videoçarx hazırlandı
    Dünən, 16:03 | DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
    Dünən, 16:00 | İctimai binalarda qraffiti çəkmək qadağan ediləcək
    Dünən, 15:59 | Saatı bir ev qiymətinədir - Foto
    Dünən, 15:53 | 77 gün əvvəl Həkəridə batan şəxsin meyiti tapıldı
    Dünən, 15:48 | Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var - Zidan
    Dünən, 14:42 | Uzun illər sonra efirə qayıdır
    Dünən, 14:40 | Prezident onları təltif etdi
    Dünən, 14:35 | Formula-1: Bu marşrutların hərəkət sxemi dəyişdirilir
    Dünən, 14:33 | Elçin Yusubov Rumıniyada mühüm görüşlər keçirdi - Foto
    Dünən, 14:18 | Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü
    Dünən, 14:17 | Füzulidə avtomobil aşdı: ölən var
    Dünən, 14:04 | Qazaxda bu sakinlərə dam örtüyü materialları verilir - Foto
    Dünən, 14:02 | Bəzi avtobusların yolu dəyişdirildi
    18-09-2026, 20:18 | Əməkdar artist komaya düşdü
    18-09-2026, 20:16 | "Neftçi"dən inamlı qələbə, "Qarabağ" "Şəfa"ya qarşı
    18-09-2026, 20:13 | Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
    18-09-2026, 17:24 | Icra başçısı şəhid ailəsinin arzusunu yerinə yetirdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.