İlham Əliyev Türk Dövlətləri Təşkilatının Budapeşt zirvəsində iştirak edəcək
İlham Əliyev Türk Dövlətləri Təşkilatının Budapeşt zirvəsində iştirak edəcək Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Türk Dövlətlər Təşkilatının katibliyindən məlumat verilib. Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi zirvəsi Macarıstanın paytaxtı Budapeşt şəhərində 20-21 mayda keçiriləcək. "Şərq və Qərbin görüş nöqtəsi” adlanan zirvədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan dövlət başçıları iştirak edəcək. Təşkilatın müşahidəçi üzvləri olan Şimali Kipr Türk Respublikası və Türkmənistan da zirvəyə qatılacaq. Qeyri-rəsmi zirvə dövlət başçılarına prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ümumi məsələləri həll etmək üçün mühüm imkan yaradacaq. Zirvədə təşkilatın ümumi strategiyasını və dünyaya baxışını ifadə edən Budapeşt bəyannaməsinin qəbul ediləcəyi gözlənilir. Qeyd edək ki, Macarıstan 2018-ci ildən bu yana Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür. İlk dəfədir ki, təşkilatın zirvə görüşü müşahidəçi statusunda olan ölkədə keçirilir.