Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazanıb
Atletika millimizin üzvü Lamiyə Vəliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Atletikasının bürünc səviyyəli "UNG Meeting" yarışında bürünc medal qazanıb. Bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən bildirilib. L.Vəliyeva 200 metr məsafəyə qaçışda 24.35 saniyə nəticə göstərib.
Oxunub: 76
Xəbəri paylaş
Paylaş: