Bu sahədə çalışanlar 2209 manat alır - Rəsmi
Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 962 manat təşkil edib. Mediaxeberleri.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 632 manat, özəl sektorda isə 2 209 manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12%, o cümlədən dövlət sektorunda 13%, özəl sektorda isə 11 % artıb. Aprelin 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,8 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 3% çoxdur.
Oxunub: 61
Xəbəri paylaş
Paylaş: