Tanınmış azərbaycanlı iş adamının 16 milyonluq biznesini əlindən ALMAQ İSTƏYİRLƏR
Sabirabad "Quşçuluq" şirkətinin təsisçisi Dilavər Babaşov doğma qardaşının övladlarından şikayətçidir. Medıaxeberlerı.Az ATV-yə istinadən məlumat verir ki, həmin şəxslər etibarından sui-istifadə edərək fabriki onun əlindən almağa çalışıblar. Dilavər Babaşovun sözlərinə görə, fabrikə 16 milyon manat qiymət qoyulubmuş: "Qardaşımın övladları dedilər ki, biz o pullarla başqa işlər görəcəyik. Onun 50 faizini qoyacağıq banka, 8 milyonu isə sənə verəcəyik. Çox gözlədim, heç bir nəticə əldə olunmadı. 2024-cü ildə onları məhkəməyə verdim. İstəyirəm ki, həmin payı geri alım və onlarla işləməyim", - deyə Babaşov bildirib. Xatırladaq ki, Dilavər Babaşovun qardaşı da iş adamı olub. O, 2021-ci ildə Türkiyədə müalicə aldığı xəstəxanada ürək çatışmazlığından vəfat edib. Ətraflı süjetdə: