Ağstafanın icra başçısı növbəti səyyar qəbul keçirdi - FOTOLAR
Müvafiq qrafikə uyğun olaraq Pirili kənd tam orta məktəb binasında təşkil olunan səyyar qəbulda yerli hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər. RİH başçısı çıxış edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin möhkəm əsaslar üzərində qurduğu müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edib beynəlxalq nüfuzunu ildən-ilə artırmaqla nəinki regionun, dünyanın lider ölkələri sırasında inamla qərarlaşıb. Sarsılmaz milli birlik və həmrəylik, siyasi və iqtisadi müstəqillik, ordumuzun daim güclənməsi ilə Qalib Azərbaycanı növbəti illərdə daha böyük uğurlar və zəfərlər gözləyir. Möhtərəm Prezidentimizin Birinci vitse-prezident Mehriban Əliyeva ilə mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfərləri, yeni sosial obyektlərin açılışları, təməlqoyma mərasimlərinin keçirilməsi Böyük Qayıdış proqramının uğurlu icrasının, eyni zamanda, ölkəmizin iqtisadi və hərbi qüdrətinin bütün dünyaya təzahürüdür. Səyyar qəbulda müxtəlif məzmunlu təklif və müraciətləri dinlənilən vətəndaşların qaldırdıqları məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlərin qanunamüvafiq qaydada həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıq və müvafiq tövsiyələr verilib.