AFFA "Turan Tovuz"un məşqçisini cəzalandırdı
AFFA İntizam Komitəsi "Turan Tovuz-2" komandasının baş məşqçisi Ruslan Məmmədov 5 oyunluq cəzalandırıb. Bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb. Mütəxəssis Əvəzedicilər liqasında "Neftçi-2" ilə oyun bitdikdən sonra hakimləri təhqir etdiyi üçün bu cəza ilə üzləşib. Tovuz klubu isə 400 manat cərimələnib.
Oxunub: 677
Xəbəri paylaş
Paylaş: