Mövqelərimiz atəşə tutuldu: Ordumuz cavab verdi
Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Bu barədə Mediaxeberleri.Az-a Müdafiə Nazirliyindən bildirilib. "Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub", – məlumatda qeyd olunub. Bildirilib ki, ordunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Oxunub: 276
Xəbəri paylaş
Paylaş: