Saakaşvili həyatının əsas sevgisindən danışdı: "Peşmanam..."
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili keçmiş həyat yoldaşı Sandra Rulovsu həyatının əsas sevgisi adlandırıb. Mediaxeberleri.Az xəbər verir ki, o, bu barədə onunla görüşdən sonra "Facebook"da yazıb. "Sandra tanış olmaqdan zövq aldığım ən mehriban və ən ağıllı insandır. Qazandıqlarımın çoxunu ona borcluyam", - o deyib. Siyasətçi keçmiş həyat yoldaşına ağrı verdiyinə görə peşman olduğunu da bildirib. O, Rulovsla birlikdə iki oğul böyütdüyünü xatırladıb. Daha əvvəl Saakaşvilinin keçmiş həyat yoldaşı Sandra Rulovs etiraf etmişdi ki, keçmiş ərinə psixoloji cəhətdən baş çəkə bilməyə iki il vaxt lazımdır. Onun sözlərinə görə, uzunmüddətli görüş zamanı onların arasında səmimi söhbət olub. O, həmçinin Saakaşviliyə azadlıq, cansağlığı və xoşbəxtlik arzulayıb.