Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Son xəbərlər :
  • Ermənistanda hərbçinin meyiti tapıldı
  • Bu gün hava necə olacaq?
  • Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
  • Payız xəstəliklərindən qorunmaq üçün nələr edilməlidir?
  • “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
  • Bakıda əlilliyi olan şəxslərin toplantısı yarımçıq qaldı: Məşhur restoranda zəhərlənmə şübhəsi
  • Tramp və Putinin növbəti görüşü ilə bağlı mühüm müzakirə: Detallar bəlli oldu
  • Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır - Foto
  • Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı - Video
  • "Qarabağ" və "Zirə" xal itirdi
  • Türkiyədə zəlzələ oldu
  • Hər kəs Bakıda buna aşiq oldu - Venger
  • FHN zavodda təlim keçirdi - Video
  • "Rosneft"ə məxsus neft bazası vuruldu, yanğın başladı - Video
  • Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü
  • Bağlanan banklara borcu olanlara xəbərdarlıq
  • Bu tarixdə Ermənistan Azərbaycanın olacaqdı...
  • Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
  • Hər kəs Bakıda buna aşiq oldu - Venger
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Hamilə qadınlar oruc tuta bilərmi? - Türkiyəli həkim təhlükələrdən danışdı

  • Tarix: 28-02-2025, 09:15

Ramazan ayında ana olacaq qadınları ən çox maraqlandıran suallardan biri də hamiləlik zamanı oruc tutmağın mümkün olub-olmamasıdır.

Mediaxeberleri.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə türkiyəli mütəxəssis, ginekoloq Nur Dokuzeylül Güngör danışıb.

Onun sözlərinə görə, oruc tutaraq uzun müddət ac və susuz qalmaq doğuş qüsurları, inkişaf geriliyi və vaxtından əvvəl doğuş kimi bəzi risklər yarada bilər.

Həkim qeyd edib ki, hamiləlik körpənin beyin inkişafı, sümük sağlamlığı və immun sisteminin funksiyası üçün orqanizmin daha çox qidaya ehtiyacı olduğu bir dövrdür.

"Belə həssas bir dövrdə oruc tutmaq ana və körpənin bəzi vacib vitamin və mineralları kifayət qədər ala bilməməsinə səbəb ola bilər. Ona görə də, qiymətləndirmələr və həkimin icazəsi ilə oruc tutacaq hamilələr bəzi məqamlara diqqət yetirməlidirlər", - deyə Nur Dokuzeylül Güngör bildirib.

"Oruc tutmaq hamiləliyin hər dövründə fərqli risklər daşıya bilər, ancaq ilk və son aylarda yaradacağı təsirlər bir-birindən fərqlidir. Xüsusilə, ilk üç ay körpənin əsas orqanlarının inkişafında kritik bir dövr olduğu üçün daha təhlükəli ola bilər. Bu dövrdə qeyri-kafi qidalanma və maye itkisi anadangəlmə qüsurlar və inkişaf geriliyi kimi ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər. Bundan əlavə, bu dövrdə ürəkbulanma, qusma və maye itkisi daha tez-tez baş verə bilər. Hamiləliyin son üç ayında körpə ümumilikdə daha çox inkişaf etdiyi üçün bu dövrdə risklər bir qədər azalsa da, yenə də davam edə bilər", - deyə o qeyd edib.

"Uzun müddət ac qalmaq körpənin kifayət qədər qida qəbul etməsinə mane ola və inkişafında pozuntulara səbəb ola bilər. Bu vəziyyət vaxtından əvvəl doğuş və digər ağırlaşmalara da gətirib çıxara bilər. Az maye qəbul etmək də hamiləlik zamanı təhlükəli vəziyyətlərdən biridir, çünki bədəndə kifayət qədər maye olmaması orqanların düzgün işləməsinə mane ola, başağrısı, başgicəllənmə, yorğunluq və halsızlıq kimi simptomların ortaya çıxmasına səbəb ola bilər. Həmçinin körpənin amniotik mayesi azala bilər ki, bu da onun sağlamlığına mənfi təsir göstərə bilər. Yüksək səviyyədə dehidrasiya vaxtından əvvəl doğuş riskini artırır. Elektrolit balansının pozulması əzələ spazmlarına, ürək ritminin pozulmasına və hətta tutmalara səbəb ola bilər. Bütün bu amilləri nəzərə alaraq, oruc tutan hamilələr öz sağlamlıqlarında hər hansı pisləşmə və ya körpənin hərəkətində azalma müşahidə edərlərsə, dərhal orucu pozmalı və vaxt itirmədən həkimə müraciət etməlidirlər", - deyə Güngör əlavə edib.

"Uzun müddət ac qalınacağı üçün imsakda (sahurda) yulaf əzməsi, tam buğda çörəyi, qəhvəyi düyü və tərəvəzlərə üstünlük verilməlidir, çünki lif həzmi ləngidərək uzun müddət tox saxlamağa kömək edir. Protein isə uzun müddət enerjinin təmin edilməsinə imkan verir. Bu səbəblə də yumurta, pendir, qatıq, balıq, toyuq kimi proteinlə zəngin qidalar mütləq imsakda yer almalıdır. Zeytun yağı, qoz və badam kimi sağlam yağlar həm enerji verir, həm də həzmi tənzimləyir, ona görə də imsakda tövsiyə edilir. Uzun müddət ac qaldıqdan sonra mədəni yormamaq üçün iftara yüngül şorba ilə başlamaq lazımdır. Mərci şorbası və ya tərəvəz şorbası kimi qidalandırıcı və asan həzm olunan şorbalara üstünlük verilməlidir. İftarda zülal ehtiyacları da nəzərdə saxlanmalıdır. İftar süfrəsinə toyuq, balıq, qırmızı ət kimi zülal mənbələri mütləq daxil edilməlidir. Mərci və noxud kimi paxlalılar da yaxşı alternativ ola bilər. Həm vitamin, həm də mineral dəstəyi üçün tərəvəz və meyvələrin istehlakı vacibdir. Xüsusilə C vitamini ilə zəngin olan portağal, nar, kivi, çiyələk kimi meyvələrə üstünlük vermək olar. Tam buğda çörəyi, bulqur plovu və qəhvəyi düyü kimi sağlam karbohidratlar qan şəkərinin səviyyəsini tarazlaşdırmağa kömək edir", - deyə mütəxəssis tövsiyə verib.

"İftardan sonra şirniyyat yeyərkən ağır desertlərdən qacınmaq lazımdır. Tərkibində şəkər miqdarı çox olan desertlər qan şəkərində pozulmalara səbəb ola bilər. Bunun əvəzinə qoz, badam, fındıq, quru ərik və kişmiş kimi alternativlərə üstünlük verilməlidir. Bədənin maye balansının qorunması da oruc zaman sağlamlığı dəstəkləmək üçün vacib addımdır. Bu səbəbdən gündəlik maye ehtiyacının qarşılanması üçün iftar və sahur arasında ümumilikdə 2-3 litr su içmək məsləhət görülür. Maye balansını qorumaq üçün su ilə yanaşı ayran, təzə sıxılmış meyvə şirələri və ya bitki çayları kimi digər mayelərə də üstünlük verilə bilər, lakin şəkərli içkilərdən qaçınılmalıdır. Çay və qəhvə isə tərkibində kofein olduğu üçün sidikqovucu təsir göstərə bilər ki, bu da orqanizmin daha çox maye itirməsinə səbəb ola bilər. Ona görə də, bu içkilərin miqdarına diqqət yetirilməlidir. Çay və qəhvə gündə 1-2 fincanlar məhdudlaşdırılmalıdır", - deyə Nur Dokuzeylül Güngör vurğulayıb.

Həkimin sözlərinə görə, oruc tutan hamilə qadınlar həmişəkindən daha çox nəzarət altında olmalıdırlar.

"Adətən hər 2-4 həftədən bir müntəzəm müayinələr tövsiyə olunur, lakin bəzi hallarda həftəlik nəzarət və ya tez-tez qan testləri edilə bilər. Hamiləliyin ilk üç ayı körpənin inkişafı və sağlamlığı baxımından çox kritik bir dövrdür. İkinci üç ay ümumilikdə hamiləliyin ən stabil dövrüdür, lakin oruc tutan hamilələrin qan şəkərinə və qidalanmasına diqqət yetirilməlidir. Bu dövrdə körpənin böyüməsi və dölün ürək döyüntüləri mütəmadi olaraq yoxlanılmalıdır. Son üç ayda isə oruc tutan gələcək analar qan təzyiqi və dölün hərəkətləri ilə bağlı xüsusilə diqqətli olmalıdırlar. Bu dövrdə həftədə bir dəfə və ya həkimin tövsiyə etdiyi vaxtlarda ultrasəs müayinəsi və körpənin ürək döyüntüsünün yoxlanılması lazım ola bilər. Bundan əlavə, fiziki fəaliyyətlər də həm ananın, həm də körpənin sağlamlığı üçün diqqətlə planlaşdırılmalıdır. Hamilələrin iftardan sonra və ya imsakdan əvvəl gəzinti, pilates, yoqa kimi yüngül məşqlər etməsi həm fiziki, həm də zehni sağlamlıq baxımından faydalı ola bilər. Lakin həddindən artıq yorğunluğa səbəb olacaq gərgin məşqlərdən mütləq çəkinmək lazımdır", - deyə həkim bildirib.


Oxunub: 648
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 09:33 | Ermənistanda hərbçinin meyiti tapıldı
    Bu gün, 09:23 | Bu gün hava necə olacaq?
    Bu gün, 09:15 | Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
    Bu gün, 09:12 | Payız xəstəliklərindən qorunmaq üçün nələr edilməlidir?
    Bu gün, 09:08 | “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
    Bu gün, 09:01 | Bakıda əlilliyi olan şəxslərin toplantısı yarımçıq qaldı: Məşhur restoranda zəhərlənmə şübhəsi
    Bu gün, 08:57 | Tramp və Putinin növbəti görüşü ilə bağlı mühüm müzakirə: Detallar bəlli oldu
    Bu gün, 08:54 | Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır - Foto
    Bu gün, 08:52 | Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı - Video
    Dünən, 19:20 | "Qarabağ" və "Zirə" xal itirdi
    Dünən, 16:24 | Türkiyədə zəlzələ oldu
    Dünən, 15:47 | Hər kəs Bakıda buna aşiq oldu - Venger
    Dünən, 15:43 | FHN zavodda təlim keçirdi - Video
    Dünən, 15:38 | "Rosneft"ə məxsus neft bazası vuruldu, yanğın başladı - Video
    Dünən, 15:34 | Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü
    Dünən, 15:32 | Bağlanan banklara borcu olanlara xəbərdarlıq
    Dünən, 15:24 | Bu tarixdə Ermənistan Azərbaycanın olacaqdı...
    Dünən, 15:15 | Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
    Dünən, 15:10 | Hər kəs Bakıda buna aşiq oldu - Venger
    Dünən, 15:07 | Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Dünən, 15:04 | 17 yaşlı oğlanın sürdüyü maşın elektrik dirəyinə çırpıldı - FOTO
    Dünən, 15:01 | Sabir Rüstəmxanlıdan məmurlara: Heydər Əliyev vaxt tapırdı, bəs siz? - VİDEO
    Dünən, 14:56 | İdman zalında "ölü damla" əməliyyatı: ABŞ-da Çin casusları necə ifşa olundu?
    Dünən, 14:50 | Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video
    Dünən, 14:43 | "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    Dünən, 14:28 | Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Dünən, 14:19 | Məmur "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat
    Dünən, 14:17 | Reyslərin sayı artırıldı: Sabahdan Bakıdan Tbilisiyə 30 faiz daha ucuz səyahət imkanı - Foto
    Dünən, 14:14 | Xəzərdə yeni marşrut: Moskva–Bakı kruiz reysi açılır
    Dünən, 14:12 | Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - FOTO
    Dünən, 10:31 | Dəmir ehtiyatınızın tükəndiyini necə anlaya bilərsiniz?
    Dünən, 10:22 | 42 milyon manatlıq cinayət işi: "250 firma açıb satmışam"
    Dünən, 10:19 | Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq?
    Dünən, 10:17 | Zelenski Türkiyəyə səfər edəcək
    Dünən, 10:13 | Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
    Dünən, 10:11 | Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib
    Dünən, 10:09 | Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - Foto
    Dünən, 10:07 | Qərbi Azərbaycanın yaddaş xəritəsi: Artıq mövcud olmayan Leyliqaçan kəndi - Foto/Video
    Dünən, 09:54 | Tovuzda maşın kanala aşdı - 4 nəfər yaralandı
    Dünən, 09:51 | Azərbaycan nefti bahalaşdı
    Dünən, 09:46 | “Araz-Naxçıvan” “Zirə”yə, “Qəbələ” “Qarabağ”a qarşı
    Dünən, 09:10 | Kurban Berdıyevdan qələbə şərhi
    30-10-2026, 21:50 | 86 MİLYON HƏŞƏRATIN SİRRİ - Azərbaycana nə üçün gətirilirlər?
    30-10-2026, 21:46 | Maliyyə nazirinin yeni müavini kimdir? - Dosye
    30-10-2026, 21:42 | Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi
    30-10-2026, 21:36 | "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    30-10-2026, 21:33 | “Hamı bilir hansı şirkət hansı nazirə məxsusdur” - Tural Abbaslı deyir ki...
    30-10-2026, 21:30 | Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir
    30-10-2026, 20:04 | Misli Premyer Liqası: "Turan Tovuz" "Sabah"a qalib gəldi
    30-10-2026, 19:34 | Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.