Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
  • Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
  • Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
  • Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
  • Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
  • 13-cü dəfə Avropa çempionu oldu - Foto
  • Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
  • Bu şəxslərin maaşının artırılması təklif olunur
  • Rus ordusu daha iki kəndi işğal etdi
  • Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
  • Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
  • Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
  • Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
  • Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
  • Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
  • Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
  • Bakıda baş redaktor həbs edildi - Foto
  • Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
  • "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
  • Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Xocalı soyqırımından 33 il ötür

  • Tarix: 26-02-2025, 00:00

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür.

Mediaxeberleri.Az-ın məlumatına görə, soyqırımından 33 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ana harayı" adlı abidə ucaldılıb.

Heydər Əliyev Fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.

Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərdə məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. Təsadüfi deyil ki, 2012-ci ilin yanvarında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyasında 51 ölkənin parlament nümayəndələri Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması ilə bağlı müvafiq qətnamə qəbul edib.

“Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası hazırda dünyanın onlarla ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib. Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina və s. ölkələrin parlamentləri Xocalı faciəsini soyqırım və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, Xocalı soyqırımı ABŞ-nin onlarla ştatının qanunverici orqanları tərəfindən də tanınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.

Qeyd edək ki, hazırda Xocalıdan olan məcburi köçkünlər ölkənin 50 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.

2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci ilin noyabrın 20-də Ağdam rayonu, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonu, 2020-ci ilin dekabrın 1-də isə Laçın rayonu sülh yolu ilə Azərbaycana qaytarılıb. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olunub və Qarabağ münaqişəsi arxada qalıb.

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

2024-cü ilin fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri Xocalı rayonu ərazisində də baş tutub.

Xocalı faciəsində iştirak etmiş hərbi xunta rejiminin başçıları tutularaq Bakıya gətirilib və hazırda Azərbaycan qanunları ilə sorğulanırlar.

Həmçinin 2024-cü ildə yeni inşa olunan Xocalı şəhərinə tarixi yurd yerindən qovulan insanların geri dönüşü ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı “Böyük Qayıdış” Dövlət Proqramında əksini tapan qərarlar icra olunmaqdadır.


Oxunub: 388
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Bu gün, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Bu gün, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Bu gün, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Bu gün, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Bu gün, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Bu gün, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Bu gün, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Bu gün, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Bu gün, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Bu gün, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Bu gün, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Bu gün, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Bu gün, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Bu gün, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Bu gün, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Bu gün, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Bu gün, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Bu gün, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Bu gün, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Bu gün, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Bu gün, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Bu gün, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Bu gün, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    Dünən, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    Dünən, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Dünən, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    Dünən, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    Dünən, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    Dünən, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    Dünən, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Dünən, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    Dünən, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    Dünən, 19:53 | Tramp Meksikanı hədələdi
    Dünən, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    Dünən, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    Dünən, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    Dünən, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    Dünən, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Dünən, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Dünən, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Dünən, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Dünən, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Dünən, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Dünən, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Dünən, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Dünən, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Dünən, 16:08 | İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
    Dünən, 16:07 | “Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
    Dünən, 14:52 | Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.