Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
  • AzTV-nin sabiq idarə rəisi vəfat etdi
  • Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
  • Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
  • Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
  • Azərbaycan nefti ucuzlaşdı
  • Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
  • Həbsdəki jurnalist əməliyyat olunub
  • DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
  • Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
  • Sumqayıtda beş avtomobil toqquşdu
  • Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
  • Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
  • Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Küçələrdə dolaşan “dördayaqlı” təhlükə - necə qorunaq?

  • Tarix: 21-02-2025, 13:02

Ekspertlər deyir ki, sahibsiz heyvanlarla bağlı problemin həllində birbaşa dövlətin dəstəyinə ehtiyac var

“Bəzi icra başçıları itləri güllələdir. Bu, qeyri-insani hərəkətdir”. Bu günlərdə Gəncədə 68 yaşlı kişi küçə itlərinin hücumuna məruz qalıb, vəziyyəti ağırdır. Başından və bədəninin bir çox nahiyəsindən ağır xəsarətlər alan 68 yaşlı K.Səfərov xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Çox keçməyib ki, Gəncədə 39 yaşlı qadını da küçədə it dişləyib. Şəhər sakini 1986-cı il təvəllüdlü Ü.Abbasova müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Həmçinin Lənkəran şəhərinin mərkəzində sakinlər sahibsiz küçə itlərinin qorxusundan rahat gəzə bilmirlər. Onlar şəhərdə sahibsiz itlərin yaratdığı təhlükə ilə bağlı şikayət ediblər. Bildirilir ki, səhər məktəbə, işə gedəndə küçə itlərlə dolu olur: “Bu itlər bəlkə də quduzdur. Səhər uşaqlar məktəbə gedəndə üstlərinə hürürlər. Onlar da qorxurlar. Problemə bir çarə tapılsa sevinərik”, -  deyə sakinlərdən biri söyləyib.

Parlamentin son iclasında deputat Kamran Bayramov da bu problemə toxunub: “Məsələn, Xətai rayonunda, şəhərin kənarında axşamlar sakinlər öz evlərinə getməyə qorxurlar, küçələr itlərlə doludur. Bələdiyyələr bu istiqamətdə hansı işləri görürlər? O itlərin sığınacaqlarda yerləşdirilməsi ilə bağlı bir tədbirlər görürlərmi?”

Bu gün Azərbaycanda sahibsiz itlərin sayının çox, ya da az olduğunu deyə bilmirik. Onların statistikasını heç kim aparmayıb və bu barədə, ümumiyyətlə, məlumat verilmir. İstər Bakıda, istərsə də regionlarda sahibsiz heyvanların çoxluğunu son vaxtlar kütləvi hal alan şikayətlərdən müəyyən etmək olar.

Küçə itləri ilə bağlı problem niyə həllini tapa bilmir?

Nərminə Qəribova

Nərminə Qəribova

Sağlam Gələcək Naminə QHT koalisiyasının sədri Nərminə Qəribova “Yeni Müsavat”a açıqlamasında bildirib ki, insanlarda təbiətə və heyvanlara qarşı həssas münasibət aşılanmalıdır: “Biz hazırda bir layihənin üzərində işləyirik. Layihədə göstərilir ki, insanlar evlərində qalan artıq qida məhsullarını küçə heyvanlarına əlçatan olan yerlərə qoysunlar. Çünki ac olan acıqlı olar. Gəlin sual edək, 2-3 min insanın yaşadığı bir qəsəbədə balaca it və ya pişik niyə ac qalmalıdır?! Bu nə dərəcədə doğrudur. Bu istiqamətdə təbliğat aparırıq.

İnsan heyvanlara qarşı pis rəftar edirsə, hansısa bir uşaq iti, yaxud pişiyi təpikləyirsə, o, gələcəyin sosiopatıdır. Valideyn həyəcan təbili çalmalıdır ki, mənim uşağım niyə bu hərəkəti etdi. Bizdə isə əksinədir, insanlar heyvanları qovalayır, daşlayır. Məsələnin həllini bunda görürlər. Doğrudur, quduz olan heyvanlar var, amma bu bizim onlara biganə olmağımıza əsas vermir. Küçə heyvanlarına yemək verilməsi də həm etik, həm də ekoloji baxımdan əhəmiyyətli bir məsələdir. Bu, insanları daha empatik və məsuliyyətli etməyə təşviq edə bilər. Bu cür davranış, cəmiyyətin ümumi etik dəyərlərinə müsbət təsir göstərir".

Müsahibimiz deyib ki, hazırda heyvanlara qarşı məsuliyyətli davranış haqqında qanun üzərində işlər gedir:  “Biz də ictimai dinləmədə iştirak edirik. Bu gün itin, pişiyin qulağı, burnu kəsilirsə, bu cinayətdir. Belə olan halda heyvanları cinayətkarlardan qorumaq lazımdır. Azərbaycanda sahibsiz pişikləri qorumaq, onları yedizdirmək və sığınacaq tapmaq itlərə nisbətən asandır. İtlərlə bağlı isə məsələnin həlli böyük vəsait tələb edir. Dövlət səviyyəsində dəstək lazımdır. Məsələn, hansısa qurum  restoranlar, hotellərlə müqavilə bağlayar, onlar isə qida artıqlarını heyvan sığınacaqlarına pulsuz verərlər. Bu gün mən 20-30 pişiyi qidalandırmağa çalışıram.  Amma büdcəm daha artığını etməyə imkan vermir. Amma sistemli şəkildə dövlət tərəfindən sığınacaq yaradılsa və restoran, hotellərlə əməkdaşlıq edilsə, problemin qarşısı alınar. Azərbaycanda sahibsiz heyvan çox deyil ki, qidalandırmaq çətin olsun. Fərdi şəkildə heyvan sığınacaqları var. Zaqatalada bacı-qardaş belə bir sığınacaq açıb. Lakin onlar da çox əziyyət çəkirlər, maliyyə sıxıntıları olur. İtlərə nə qədər çörək yedizdirsinlər. Müalicələrinə də axı pul lazımdır”.

COP29 uğurla davam edir – Elman Cəfərli – ÖZƏL

Elman Cəfərli

“Heyvanları güllələmək insanlığa yaraşan addım deyil. Heyvan hücum edirsə, deməli, acdır”. “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə" İctimai Birliyinin sədri, ekoloq Elman Cəfərli deyir ki, küçə itləri ilə bağlı problemin həllində birbaşa dövlətin dəstəyinə ehtiyac var: “Heyvanlar üçün sığınacaqların yaradılması qaçılmazdır. İtlər orada vaksinasiya edilməli, qısırlaşdırılmalı, sonra təbiətə buraxılmalıdır. Onların hamısını sığınacağa yığmaq mümkün deyil. Yaxşı olardı ki, hansısa qurum bu işlə məşğul olsun. İtlər qida tapsa, insana heç hücum da etməz. Bir nəfər vətəndaş Mərdəkanda könüllü olaraq sahibsiz heyvanlar üçün sığınacaq açmışdı.  Lakin o sığınacaq yaşayış yerinə yaxın olduğu üçün qonşuların narazılığına səbəb olmuşdu. Bildirirdilər ki, həyətdən kəskin iy gəlir, hürüşmələr gecə saatlarında yatmalarına mane olur. İnsanlar da bu məsələdə haqlıdırlar. Ona görə də sığınacaqlar şəhərdən bir az kənarda olsa yaxşıdır. Küçə heyvanlarının biomüxtəlifliyini qorumaq lazımdır. Biz biosistemi məhv edə bilmərik. Bəzən itləri güllələyirlər, onları zəhərləyirlər. Bu, yanlış bir şeydir. Dövlət bu işə əncam çəkməlidir. Qidası olan, tibbi müayinə aparılan sığınacaqlar yaratmasaq, məsələ həllini tapmayacaq”. 

Sahib Məmmədov: “Azərbaycanda Əmək Məcəlləsi yenidən yazılmalıdır” -  12.06.2018, Sputnik Azərbaycan

 Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov deyir ki, sahibsiz itləri həmişə müvafiq sığınacaqla təmin etmək çətindir. Lakin insanları onlardan qorumağın yolları var: “Sivil ölkələrdə belə sığınacaqları əhali öz ianələri ilə yaradır və saxlayır. Azərbaycanda isə belə bir ənənə yoxdur. Əksinə, bir neçə heyvansevər sığınacaq yaratmışdı, yaşayış məntəqələrinin yaxınlığında olduğu üçün insanlar şikayət etdi və onlar da həmin yerləri bağlamaq məcburiyyətində qaldılar. Ölkəmizin insanlarında belə bir fikir var ki, Allah bütün nemətləri yalnız insanlar üçün yaradıb, yerdə qalan canlılar ölsələr də olar. Lakin dünya hamı üçündür. İndiki halda problemin ilkin həll yolu odur ki, küçə itləri yığılıb peyvənd olunur, daha sonra qısırlaşdırılır və yenidən küçəyə buraxılır. İtlərin insanlara qarşı aqressiyasına gəlincə isə bu, insanların onlara göstərdiyi münasibətin göstəricisidir. İnsanlar onları qovur, daşlayır. Bu da heyvanlarda  özünümüdafiə instinktini yaradır və insan görəndə aqressivləşirlər, hücum edirlər. Küçə heyvanlarının aqressivliyinin digər səbəblərindən biri də ac olmalarıdır. Məsələn, mən vaxt tapan kimi onlara yem aparıb verirəm və mənə heç vaxt hürmürlər. Əksinə, hər dəfə görəndə ətrafıma qaçıb quyruqlarını bulayırlar. Ən yaxşı həll yolu küçə heyvanlarına münasibətimizi yumşaltmaqdır. Onları güllələmək isə sadəcə vəhşilikdir. Bəzi icra başçıları itləri güllələdir. Bu, qeyri-insani hərəkətdir. Buna görə Azərbaycan beynəlxalq hesabatlara düşür”. 

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”


Oxunub: 567
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Bu gün, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Bu gün, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Bu gün, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Bu gün, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Bu gün, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Bu gün, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Bu gün, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Bu gün, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Bu gün, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Bu gün, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Bu gün, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Bu gün, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Bu gün, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Bu gün, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Bu gün, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Bu gün, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Bu gün, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Bu gün, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Bu gün, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Bu gün, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Bu gün, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Bu gün, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Bu gün, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Bu gün, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Bu gün, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Bu gün, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Bu gün, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    Dünən, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Dünən, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Dünən, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Dünən, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Dünən, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Dünən, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Dünən, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Dünən, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Dünən, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Dünən, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Dünən, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Dünən, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Dünən, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Dünən, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Dünən, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Dünən, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Dünən, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Dünən, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.