Sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun - Buzlu yollarla əlaqədar piyadalara TÖVSİYƏLƏR
Yolların buz bağlaması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi piyadalara tövsiyə edib. Mediaxeberleri.Az xəbər verir ki, tövsiyədə deyilir: - ayaqqabını sürüşməyə qarşı hazırlayın - ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün; - ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır; - yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur; - sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun; - yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun; - sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.