Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto

Son xəbərlər :
  • Bu, insanı qocaldır - Diqqət!
  • Bu gün üç rayonda qaz olmayacaq
  • UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"ı məğlub etdi
  • "Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
  • Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
  • Füzuli Memorial Kompleksin tikintisi 13.1 milyon manata başa gələcək
  • İcra başçısı ixtisarlara başladı: Birinci müavin vəzifəsindən azad edildi
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • Şirvanın Vüqarı
  • “Qalatasaray” “Ştutqart”a qarşı - Start heyətlər
  • İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır: Rəsmi - Foto
  • QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
  • ZATULİNİN BAKI TÜRMƏSİNDƏKİ “DOSTLARI”... - Deputat yenə “sayıqladı”
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • Koronavirus yenidən yayılmağa başlayıb - Təhlükə var? - VİDEO
  • Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
  • YA SÜLH, YA NÜVƏ ZƏRBƏSİ, YA DA... - ABŞ-dəki seçkidən sonra İranı nə gözləyir?
  • Bakıda torpaq sahələri bahalaşdı
  • Sabahdan Bakı–Qazax yolunda hərəkət məhdudlaşdırılacaq - Səbəb
  • Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycanda niyə sənət yoxdur?

  • Tarix: 19-02-2025, 09:22

Kubra Məhərrəmova yazır...

Son dönəmlər belə bir sual aktualdır - Azərbaycanda niyə sənət yoxdur?

Ona görə ki, biz hələ onun nə olduğunu bilmirik.

Məşhur filmdə deyildiyi kimi - "sənə əjdaha lazımdır?" Əslində, lazım deyil.

Çünki bizim üçün toy, nişan və s. kütləvi tədbirlər elə sənət nümunəsidir. Teatrdır, kinodur. Özü də bu "aktyor"lar o qədər peşəkardırlar ki, onların kinosu "non stop" çəkilir.

Nə qədər adamın nifrət etdiyinin üzünə gülüb, arxasınca min söz qoşduğunun, bir-birindən zəhləsi gedənlərin qol-boyun olub rəqs etdiyinin, yalandan deyilən sağlıqların, ikiqat əyilmələrin, təzimlərin şahidi olmuşuq. Uzaqdan "hörmətli müəllimi" görən kimi qabağına qaçanların yaltaqlığından, qırmızı sifətlərindəki süni gülüşlərindən, diş ağartmalarından, iyrənc hırıldamalarından ürpəşmişik. Gecə-gündüz qarğış-nifrin tökən baldız-gəlinlərin, elti-qayınanaların məclislərdə "mama", "qızım" müraciətlərindən ürəyimiz bulanıb.

Əgər bu, kino deyilsə, bəs nədir? Çünki ağlı başında olan heç bir normal adam nifrət etdiyi adama bu münasibəti göstərməz. Amma görünən odur ki, əksəriyyət bu riyakarlıq maskaradından həzz alır. Və etiraf etməliyik ki, rollarının öhdəsindən yüksək səviyyədə gəlirlər.

Cəmiyyətin əksər üzvləri bu rol oynamalara o qədər alışıblar ki, artıq onları hər hansı filmlə, tamaşa ilə təəccübləndirmək olmur. Baxan kimi deyirlər ki, "əşi, süni oynayır".

İndi bunu nəyə gətirirəm?

Artıq iki mövsümdür ki, İctimai Televiziyanın sifarişi və təqdimatı ilə ərsəyə gələn "Əqrəb mövsümü" serialı yeni ideyalarla yerli serial sahəsinə ümid gətirib. Öz izləyici kütləsini yığa bilib. Uzun illər üzünü Türkiyə, Rusiya və s. istiqamətə tutmuş tamaşaçıya yeni məhsul təqdim etməyi bacarıb.

Bəzən çox sərt, bəzən çox açıq mesajlar verərək, Əziz Nesinin "Sərt adam" hekayəsindəki kimi adımızı üzümüzə deyib.

İcazənizlə elə həmin hekayədən bir hissəni yazım.

Bir amerikalı türk qızını atasından istəmək üçün onlara elçi gəlir. Ata da bildiyimiz qaraqabaq, ciddi və tərs kişi. Təbii ki, kürəkən türk dilini bilmir. Amma təzə qohumlara şirin görünmək üçün iki-üç kəlmə türk dilində söz öyrənir. Öz aləmində düşünür ki, yaxşı, ədəbli sözlərdir. Bu kəlmələrdən biri də "oğraş" sözü olur. Adam gələcək qayınatasından qızı istədikdən sonra, sağollaşanda ona "oğraş" deyir. Bütün məclis əhli baş verənlərdən tər axıtdıqca Nüman bəy deyir: Hərif bütün cikimizi-bikimizi saydı üzümüzə, artıq ona qız vermək zərurət oldu".

Həvəsiniz olsa, bu məzəli hekayəni mütləq oxuyun. Nüman bəyə xeyli "xoş" sözlər deyir təzə kürəkən.

İndi düşünək ki, bütün qayınatalar Əziz Nesini məhkəməyə versinlər. Ələlxüsus əcnəbilərə ərə gedən qızların ataları. Yazıçı ortaya təxəyyülünün məhsulunu qoyduğuna görə.

Qayıdaq öz serialımıza və məhkəməmizə.

Dünən əvvəl Vəkillər Kollegiyası "Əqrəb mövsümü" serialı ilə bağlı məlumat yaydı:

"Təəssüf hissi ilə qeyd edirik ki, son günlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) efirində yayımlanan "Əqrəb mövsümü (İki dünya bir olsa da) serialında vəkillik peşəsinə qarşı kəskin ifadələr, hətta kobud səslənən sözlər işlədilməsinin şahidi oluruq".

Linki qoyuram, istəsəniz, davamını oxuyarsınız: https://oxu.az/cemiyyet/vekiller-kollegiyasi-eqreb-movsumu-seriali-ile-bagli-melumat-yaydi

"Əqrəb mövsümü" serialının ssenaristi, aktyor Azər Aydəmir Vəkillər Kollegiyasının serial ilə bağlı açıqlamasına münasibət bildirib. Buraya da link qoyuram, oxuyarsınız: https://oxu.az/shou-biznes/azer-aydemir-vekillerimizin-serialda-hansisa-sifaris-xarakterli-bir-emel-axtarmasi-duz-deyil

İndi üzümü dəyərli vəkillərimizə tutub soruşuram: məhkəmə zallarında azmı "teatr", qəşş etmələr, ürəyi getmələr, saç-baş yolmalar görmüsünüz? Az olubmu ki, rolunu "müvəffəqiyyətlə" oynayan adamın halbahal olmasından sonra məhkəmə salonuna təcili tibbi yardım briqadasının həkimlərini dəvət etmisiniz?

Az olubmu ki, üzə durmaların, yalan ifadələrin şahidi olmusunuz?

Bunları ancaq siz görməlisiniz? Məhkəmə divarları arasında baş verən hadisələr hər zaman incəsənət üçün maraqlı olub. Çünki bəşəriyyətin inandığı bir ilahi ədalət var, onu da Yer üzündə görmək istəyir. İnsanlar inanmaq istəyirlər ki, gec, ya tez ədalət dediyin bərqərar olur və olacaq.

Filmlər, tamaşalar da bunu göstərir, təsvir edir: mübarizəni, riyakarlığı, həqiqəti, ədaləti.

"İblisin vəkili" dünyada məşhur filmlərdən biridir. Rollarda Al Paçino və Kianu Rivz oynayırlar. Film ən acı həqiqətləri üzə çıxarır: məhkəmə sistemindəki boşluqları, qanunların gücsüzlüyünü, güc və hakimiyyətin iblisin əlində olmasını. İndi ABŞ məhkəmə sistemi ABŞ kino sənayesini məhkəməyə versin?

ABŞ-də nə qədər bu mövzuda film var? Hər birinə məhkəmə qursalar, ölkədə başqa hadisələr üçün məhkəməyə zaman qalmaz ki!

Ədaləti, vəkil və hakimlərə hörməti sovet filmlərindəki senzuraya uyğun qəliblərdə deyil, real həyatda axtarmalıyıq.

Yəni film, hekayə, incəsənət sonunda real həyatdan bəhrələnir. Real həyatda necə olursansa, incəsənətə də elə inikas edirsən.

İncəsənət ədalət ilahəsi Femidanı məhz gözəl qadın simasında, amma gözübağlı təsvir edib.

Bu müstəvidə Femida üçün insanların sosial fərqliliyi, var-dövləti, adı-sanı fərq etmir. Çünki ədalət insanlar arasında fərq qoymur, o, kordur, lakin baş verənləri hüquq əsasında və qanunauyğun şəkildə mühakimə edir. Cəzanı günahkara kəsir.

Sonda isə demək istərdim ki, "Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki vacib". Kinomuz, serial sahəmiz inkişaf etməlidir.

Burada sözlər sərt də ola bilər, kobud da. Amma həqiqət varsa, onu heç nə ilə örtmək olmur. Mən həm İctimai Televiziyaya, həm "Əqrəb mövsümü" serialının ssenaristi, aktyor Azər Aydəmirə, serialda çalışanlara, Vəkillər Kollegiyasına da uğurlar arzu edirəm. Arzu edirəm ki, birinci tərəf daha maraqlı, daha səs-küylü materiallarla bizi sevindirsin.

İkinci tərəfə də arzu edirəm ki, bu məsələdə də ədalətli mövqeyə əsaslanaraq, dirçələn serial sahəmizə dəstək olsun. Necə deyərlər, Sezarınkını Sezara, tanrınınkını tanrıya vermək lazımdır.


Oxunub: 939
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 07:54 | Bu, insanı qocaldır - Diqqət!
    Bu gün, 07:53 | Bu gün üç rayonda qaz olmayacaq
    Dünən, 23:42 | UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"ı məğlub etdi
    Dünən, 22:48 | "Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
    Dünən, 21:38 | Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
    Dünən, 21:34 | Füzuli Memorial Kompleksin tikintisi 13.1 milyon manata başa gələcək
    Dünən, 21:28 | İcra başçısı ixtisarlara başladı: Birinci müavin vəzifəsindən azad edildi
    Dünən, 21:23 | Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Dünən, 21:20 | Şirvanın Vüqarı
    Dünən, 21:17 | “Qalatasaray” “Ştutqart”a qarşı - Start heyətlər
    Dünən, 21:12 | İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır: Rəsmi - Foto
    Dünən, 21:09 | QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
    Dünən, 21:04 | ZATULİNİN BAKI TÜRMƏSİNDƏKİ “DOSTLARI”... - Deputat yenə “sayıqladı”
    Dünən, 21:01 | PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    Dünən, 20:56 | Koronavirus yenidən yayılmağa başlayıb - Təhlükə var? - VİDEO
    Dünən, 20:55 | Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
    Dünən, 20:40 | YA SÜLH, YA NÜVƏ ZƏRBƏSİ, YA DA... - ABŞ-dəki seçkidən sonra İranı nə gözləyir?
    Dünən, 20:31 | Bakıda torpaq sahələri bahalaşdı
    Dünən, 19:51 | Sabahdan Bakı–Qazax yolunda hərəkət məhdudlaşdırılacaq - Səbəb
    Dünən, 19:50 | Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
    Dünən, 19:34 | Azərbaycana qarşı çağırışlar edən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Siyahı
    Dünən, 19:31 | Özbəkistanla əbədi dost olduq - RƏSMİ
    Dünən, 19:14 | İlham Əliyevin xarici siyasət strategiyası, Azərbaycanın artan beynəlxalq çəkisi və Vaşinqtondan gələn dəvətin arxasında dayanan geosiyasi reallıqlar
    Dünən, 19:09 | Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rəsm sərgisi keçirilib
    Dünən, 19:06 | Bakıda qadın "TikTok"da canlı yayımda öldü
    Dünən, 18:53 | Rusiyada azərbaycanlılar qəzaya düşdülər: Ölənlər var
    Dünən, 18:43 | Ermənistan əsgərləri sektalara görə özlərini öldürürlər?
    Dünən, 18:04 | Qazaxda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib
    Dünən, 17:43 | İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
    Dünən, 16:46 | “Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
    Dünən, 16:39 | Qazaxda qəhrəman şəhidlərimizin əziz xatirələri böyük hörmət və ehtiramla yad olunur
    Dünən, 16:25 | Gəncədəki bağçada bit iddiası ilə bağlı yoxlama aparıldı
    Dünən, 16:21 | "WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
    Dünən, 16:16 | Azərbaycan polisi Kiyevdə əməliyyat keçirdi - Video
    Dünən, 15:50 | Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
    Dünən, 14:25 | Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarında
    Dünən, 14:23 | Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Dünən, 14:22 | Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək - Yaxın vaxtlarda...
    Dünən, 14:20 | Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir
    Dünən, 14:17 | Zahid Oruc bu şəxslərə maaşdan əlavə pul verilməsini təklif edir
    Dünən, 13:00 | MM Özbəkistanla əbədi dostluq müqaviləsini təsdiqlədi
    Dünən, 12:59 | 13 il əvvəl törədilən qətllə bağlı yeni məlumat...
    Dünən, 12:57 | "Qarabağ" 4500 manat cərimələndi
    Dünən, 09:07 | Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
    Dünən, 09:06 | Sərnişinlər qapıların bağlanmasına mane oldular, qatar gecikdi - ADY-dən sərnişinlərə çağırış
    Dünən, 09:04 | UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"a, "Atletiko Madrid" "Bavariya"a qarşı
    Dünən, 09:02 | 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi
    Dünən, 08:59 | Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı
    2-11-2026, 21:22 | Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
    2-11-2026, 21:18 | “Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.