Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto

Son xəbərlər :
  • Bu, insanı qocaldır - Diqqət!
  • Bu gün üç rayonda qaz olmayacaq
  • UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"ı məğlub etdi
  • "Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
  • Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
  • Füzuli Memorial Kompleksin tikintisi 13.1 milyon manata başa gələcək
  • İcra başçısı ixtisarlara başladı: Birinci müavin vəzifəsindən azad edildi
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • Şirvanın Vüqarı
  • “Qalatasaray” “Ştutqart”a qarşı - Start heyətlər
  • İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır: Rəsmi - Foto
  • QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
  • ZATULİNİN BAKI TÜRMƏSİNDƏKİ “DOSTLARI”... - Deputat yenə “sayıqladı”
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • Koronavirus yenidən yayılmağa başlayıb - Təhlükə var? - VİDEO
  • Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
  • YA SÜLH, YA NÜVƏ ZƏRBƏSİ, YA DA... - ABŞ-dəki seçkidən sonra İranı nə gözləyir?
  • Bakıda torpaq sahələri bahalaşdı
  • Sabahdan Bakı–Qazax yolunda hərəkət məhdudlaşdırılacaq - Səbəb
  • Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bu gün xalq şairi Nəriman Həsənzadənin doğum günüdür FOTOLAR

  • Tarix: 18-02-2025, 00:11

Xalq şairi Nəriman Həsənzadəni doğum günü münasibətilə təbrik edirik

Bu gün Azərbaycanın Xalq şairi, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, “Şöhrət” və “Şərəf”, “İstiqlal” ordeni, Heydər Əliyev Mükafatı laureatı, “Qazax” Xeyriyyə Cəmiyyətinin qurucu və yaradıcılarından olan, “Qazax” Xeyriyyə İctimai Birliyinin fəxri üzvü, dramaturq, professor Nəriman Əliməmməd oğlu Həsənzadənin 94 yaşı tamam olur.
Bir-birindən gözəl şeirlər, epik-dramatik poemalar, publisistik yazılar müəllifi kimi tanınan, Azərbaycanın sevimli şairi Nəriman Həsənzadə Azərbaycan xalqının maddi-mədəniyyət xəzinəsinin ağır bir dəyəri və dəyərli bir xəzinəsidir. Nəriman Həsənzadə ruh, sevgi, eşq şairidir. Onun yazdığı şeirlərdən qopan hər bir sözdə bir həyat eşqi var. Hər bir kəlməsi insanın xəyallarını reallıqlara birləşdirir. Nəriman Həsənzadə yaradıcılığına baş vurub onun yazdqlarını incələyən, oxuyan, öyrənən istənilən şəxs qeyrilərindən eşq, sevgi, məhəbbət, duyumluluq baxımından daha dolğun olur. Çünki şairin üzündəki nur, daxilindəki sevgi, xəyallarındakı eşq qəlbindən qələminə, qələmindən isə kağıza süzülərək bizlərin də gözləri vasitəsilə könlümüzə, ruhumuza süzülür. Şair ömrünü yaşamaq və yaşatmaq üçün insan ömrünü şeirə yükləməyə, sözlə qovuşdurmağa, şeirləşdirməyə, sənətləşdirməyə ehtiyac var. Nəriman Həsənzadənin zamanın köhnəldə bilmədiyi müasirlik sirri də yəqin ki, bundadır.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov, vitse-admiral Sübhan Bəkirov, general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, AMEA-nın müxbir üzvü Arif Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, diaspor təşkilatçısı Şahin Şıxlinski, Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Xalq artisti Tariyel Qasımov, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov,  Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Varis Yolçuyev, Əməkdar jurnalist Akif Aşırlı, professor Valeh Nəsibli, professor Məqsəd Qocamanov, professor Məhəbbət Dəmirçiyeva, dosent Yusif Alıyev, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Əfşan, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, professor Rüstəm Kamal, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, İbrahim İlyaslı, Cığatel İsaqızı, Çiçək Mahmudqızı, rəssam Nəvai Metin, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Rafail İncəyurd, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Xalq şairi Nəriman Həsənzadəni doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar diləyir.P.S. Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan Ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarus dövlətinin Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının “Humanitar fənlər kafedrası”nın müdiri vəzifəsində çalışır. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yandında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilmişdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının “Şərəf” ordeni (2011) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.
Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.
“Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur – 2009” diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Nəriman Həsənzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10.05.2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə HEYDƏR ƏLİYEV Mükafatına layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17.02.2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilmişdir.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin qərarı ilə anadan olmasının 94 illik yubileyi münasibətilə Xalq şairi Nəriman Həsənzadə “Qazax” Xeyriyyə İctimai Birliyinin təsis etdiyi “Xalq şairi Səməd Vurğun adına diplom”la təltif edilmişdir.


Oxunub: 1 027
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 07:54 | Bu, insanı qocaldır - Diqqət!
    Bu gün, 07:53 | Bu gün üç rayonda qaz olmayacaq
    Dünən, 23:42 | UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"ı məğlub etdi
    Dünən, 22:48 | "Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
    Dünən, 21:38 | Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
    Dünən, 21:34 | Füzuli Memorial Kompleksin tikintisi 13.1 milyon manata başa gələcək
    Dünən, 21:28 | İcra başçısı ixtisarlara başladı: Birinci müavin vəzifəsindən azad edildi
    Dünən, 21:23 | Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Dünən, 21:20 | Şirvanın Vüqarı
    Dünən, 21:17 | “Qalatasaray” “Ştutqart”a qarşı - Start heyətlər
    Dünən, 21:12 | İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır: Rəsmi - Foto
    Dünən, 21:09 | QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
    Dünən, 21:04 | ZATULİNİN BAKI TÜRMƏSİNDƏKİ “DOSTLARI”... - Deputat yenə “sayıqladı”
    Dünən, 21:01 | PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    Dünən, 20:56 | Koronavirus yenidən yayılmağa başlayıb - Təhlükə var? - VİDEO
    Dünən, 20:55 | Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
    Dünən, 20:40 | YA SÜLH, YA NÜVƏ ZƏRBƏSİ, YA DA... - ABŞ-dəki seçkidən sonra İranı nə gözləyir?
    Dünən, 20:31 | Bakıda torpaq sahələri bahalaşdı
    Dünən, 19:51 | Sabahdan Bakı–Qazax yolunda hərəkət məhdudlaşdırılacaq - Səbəb
    Dünən, 19:50 | Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
    Dünən, 19:34 | Azərbaycana qarşı çağırışlar edən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Siyahı
    Dünən, 19:31 | Özbəkistanla əbədi dost olduq - RƏSMİ
    Dünən, 19:14 | İlham Əliyevin xarici siyasət strategiyası, Azərbaycanın artan beynəlxalq çəkisi və Vaşinqtondan gələn dəvətin arxasında dayanan geosiyasi reallıqlar
    Dünən, 19:09 | Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rəsm sərgisi keçirilib
    Dünən, 19:06 | Bakıda qadın "TikTok"da canlı yayımda öldü
    Dünən, 18:53 | Rusiyada azərbaycanlılar qəzaya düşdülər: Ölənlər var
    Dünən, 18:43 | Ermənistan əsgərləri sektalara görə özlərini öldürürlər?
    Dünən, 18:04 | Qazaxda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib
    Dünən, 17:43 | İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
    Dünən, 16:46 | “Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
    Dünən, 16:39 | Qazaxda qəhrəman şəhidlərimizin əziz xatirələri böyük hörmət və ehtiramla yad olunur
    Dünən, 16:25 | Gəncədəki bağçada bit iddiası ilə bağlı yoxlama aparıldı
    Dünən, 16:21 | "WhatsApp"da saxta 100 manatlıq "Zəfər Günü hədiyyəsi": Vətəndaşlara xəbərdarlıq - Foto
    Dünən, 16:16 | Azərbaycan polisi Kiyevdə əməliyyat keçirdi - Video
    Dünən, 15:50 | Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
    Dünən, 14:25 | Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarında
    Dünən, 14:23 | Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Dünən, 14:22 | Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək - Yaxın vaxtlarda...
    Dünən, 14:20 | Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir
    Dünən, 14:17 | Zahid Oruc bu şəxslərə maaşdan əlavə pul verilməsini təklif edir
    Dünən, 13:00 | MM Özbəkistanla əbədi dostluq müqaviləsini təsdiqlədi
    Dünən, 12:59 | 13 il əvvəl törədilən qətllə bağlı yeni məlumat...
    Dünən, 12:57 | "Qarabağ" 4500 manat cərimələndi
    Dünən, 09:07 | Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
    Dünən, 09:06 | Sərnişinlər qapıların bağlanmasına mane oldular, qatar gecikdi - ADY-dən sərnişinlərə çağırış
    Dünən, 09:04 | UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"a, "Atletiko Madrid" "Bavariya"a qarşı
    Dünən, 09:02 | 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi
    Dünən, 08:59 | Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı
    2-11-2026, 21:22 | Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
    2-11-2026, 21:18 | “Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.