Alimlər kəmağıllılığa səbəb ola biləcək peşələri müəyyən ediblər
Norveç Xalq Sağlamlığı İnstitutunun alimləri kəmağıllılığın inkişafına səbəb ola biləcək beş peşə müəyyən ediblər. Onların fikrincə, ağır fiziki əməklə məşğul olan insanlar digərləri ilə müqayisədə kəmağıllılıqdan daha çox əziyyət çəkirlər. Qeyd edək ki, mütəxəssislər 2017-19-cu illərdə Norveç sakinləri arasında keçirilən sorğunun nəticələrinə əsasən bu qənaətə gəliblər. 7000 subyektdən 902-ə demensiya (ağılsızlıq), 2400-ə isə yüngül koqnitiv pozğunluq (yaddaşın zəifləməsi, əqli iş qabiliyyətinin pozğunluğu) diaqnozu qoyulub. Lakin ağır fiziki əməklə məşğul olanlar arasında zehni qabiliyyətlərlə bağlı problemlər 15,5% daha çox olub. Bu sorğular əsasında norveçli alimlər kassir satıcıları, satış məsləhətçiləri, tibb işçiləri, fermerlər və mal-qara istehsalçıları da daxil olmaqla ən təhlükəli peşələrin siyahısını tərtib ediblər. Alimlər izah etdilər ki, belə işçilər çox vaxt bütün enerjilərini peşə vəzifələrini yerinə yetirməyə sərf edirlər. Nəticədə, onların istirahət və özünü inkişaf etdirməyə kifayət qədər vaxtları qalmır. Eyni zamanda, tədqiqatçılar asudə vaxtda fiziki fəaliyyətin əqli qabiliyyətləri yaxşılaşdırdığını vurğulayıblar. Mənbə: Rambler