Hormonal dərmanlar hansı fəsadlar yarada bilər?
Hormonal dərmanların istifadəsi tromboza səbəb ola bilər, odur ki, doza və qəbul kursunu həkim müəyyən etməlidir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Moskva 24” telekanalına terapevt Tatyana Romanenko məlumat verib. "Bəzi dərmanlar qan laxtalanmasını artırır ki, bu da tromboza səbəb ola bilər. Bunlar hormonal dərmanlardır, xüsusilə oral kontraseptivlər", - o qeyd edib. Yalnız xəstəxanada müayinədən sonra xəstəyə bu cür dərmanlar təyin oluna bilər. Həkim resepti olmadan özünü hormonal dərmanlarla müalicə ciddi nəticələrə yol aşa bilər. Romanenkonun sözlərinə görə, həkim hormonal dərmanlar təyin edərkən bədənin ilkin vəziyyətini əsas götürür.
Oxunub: 292
Xəbəri paylaş
Paylaş: